Yuxarı

İdarədən İçərişəhərlə bağlı yayılan görüntülərə - Münasibət

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
İdarədən İçərişəhərlə bağlı yayılan görüntülərə - Münasibət

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) ötən gün sosial şəbəkələrdə yayılan fotogörüntülərlə bağlı açıqlama yayıb.

İdarədən Kult.az-a verilən məlumata görə, açıqlamada deyilir ki, fotogörüntülər yenidən həqiqətlə tamamilə ziddiyyət təşkil edilən qərəzli addımların bir nümunəsidir:

"İlk olaraq qeyd edilməlidir ki, İçərişəhərdə hal-hazırda fotoda görünən vəziyyətdən əsər-əlamət yoxdur. Bunu açıq-aydın müşahidə etmək mümkündür. Həmin fotoşəkillər 2011-ci ildə Qala divarlarının restavrasiya işlərinin aparıldığı ərəfədə çəkilib. Məsələnin kökündə isə əslində sovet dövrü zamanı 1954-cü ildə Qala divarları üzərində aparılan kobud rekonstruksiya işləri durur və əfsuslar olsun ki, bu proses zamanı Qala divarlarının o zamana qədər mövcud olmuş tarixi bürclərindən biri zədələnərək öz görkəmini itirib və düz divarın çəkilməsi ilə nəticələnib".

DTMQİ bəyan edir ki, fotoşəkil ilə bağlı yaradılan mənzərənin və əsassız ittihamların əksinə olaraq 2011-2012-ci illərdə Qala divarlarının bərpasını həyata keçirilib və bu əsnada həmin dağıdılmış bürcü bərpa etmək üçün genişmiqyaslı bərpa işləri görülüb: "Bu zaman bütün arxiv sənədləri nəzərdən keçirilib, bürcü mümkün qədər tarixi görkəminə qaytarmaq üçün tarixçilər, memarlar, mühəndislər tərəfindən layihə işlənib hazırlanıb. Məhz bu işlərin nəticəsində bu gün Kiçik Qala küçəsində həmin bürcün bərpa olunmuş vəziyyətini görə bilərsiniz".

Tarix
2019.04.25 / 15:30
Müəllif
Kult.az
Digər xəbərlər

Heydər Əliyevin nəvələri ilə səmimi - Videosu

Tehran və Bakı ortaq gələcək qurmağa sadiqdir - Arakçı

TRT-dən Heydər Əliyevlə bağlı xüsusi reportaj - Video

Heydər Əliyev xaricdən yazılmış bu ssenarini poza bildi...

XİN Keniyanı Milli Günü münasibətilə təbrik etdi

Heydər Əliyev irad bildirdi ki, bunu niyə vaxtında deməmisən

Bakı Ermənistana yanacaq göndərir? - Qriqoryan

Separatçıların İrəvandakı ofisi bağlanacaq

Tokayev Xəzərə görə dünyaya çağırış etdi

Tokayev: Bakı və İrəvan arasında sülh...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla