Yuxarı

Yaqub Mahmudov “Dostluq” medalı ilə təltif edildi - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaqub Mahmudov “Dostluq” medalı ilə təltif edildi - Foto

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında Tarix İnstitutunun və Alman-Azərbaycan Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Tarixin izi ilə” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Kult.az xəbər verir ki, Prezident İlham Əliyevin “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” müvafiq Sərəncamına əsasən baş tutan tədbirdə Azərbaycan tarixçiləri ilə yanaşı, Almaniya və Gürcüstandan olan alimlər də iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən müəssisənin direktoru, akademik Yaqub Mahmudov Azərbaycanın Almaniya ilə siyasi və mədəni əlaqələrinin tarixi, ölkəmizə səyahət edən xarici səyyahların əsərləri, XIX əsrdə Azərbaycanın qərbində salınan alman məskənləri, Simens qardaşlarının respublikamızdakı fəaliyyəti barədə məlumat verib.

Y.Mahmudov alman koloniyalarının ölkəmizdə bir çox sahədə olduğu kimi, əlvan metallurgiyanın da inkişafına ciddi təsir göstərdiyini vurğulayıb. Akademik həmçinin Almaniya arxivlərindən ölkəmizə dair bir sıra tarixi sənədlərin kataloqlarının gətirildiyini bildirib.

Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingiz Abdullayev, almaniyalı professor Oskar Valter, gürcü alim Simon Kopadze və digərləri də çıxış edərək, iki ölkə arasında əlaqələrin və münasibətlərin dərin köklərə malik olduğunu söyləyiblər.

Daha sonra Ç.Abdullayev Azərbaycan-Almaniya elmi əlaqələrinin inkişafındakı böyük xidmətlərinə görə Alman-Azərbaycan Cəmiyyətinin “Dostluq” medalını Yaqub Mahmudova təqdim edib.

Sonda yazıçı Orxan Arasın “Mavi gözlərin eşqi” və alimlər Çingiz Abdullayev, Abbas Seyidov və Həcər Verdiyevanın “Azərbaycandakı almanlar: naməlum səhifələr...” kitablarının təqdimatı olub.

Tarix
2019.12.11 / 15:28
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Ukrayna Putinin masasına qoyulan sənədləri ələ keçirdi - Foto

Dövlətçiliyimizin 4 mərhələsi: ...Qurtuluş və Quruluş

Azərbaycanla ABŞ TRİPP-in icrası məsələlərini müzakirə etdi

CNN-in Azərbaycanla bağlı uydurma yazısı - Foto

İqlimi dəyişdirən gizli texnologiyalar...

Şimali Kiprin baş naziri Azərbaycanı təbrik etdi

Əli Əsədov Şimali Kiprin baş naziri ilə görüşdü

Zülfüqarovdan ermənilərə: Etməyin, məsləhət görmürəm!

Rusiyada səssiz hakimiyyət dəyişikliyi baş verir - FT

Bunu Əliyev, Paşinyan, Magyar, Sandu bacardı - Saakaşvili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla