Yuxarı

"Qarabağ"ın rumınlara iki milyonluq hədiyyəsi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ” UEFA Avropa Liqasının VII turundakı 2:3 hesablı məğlubiyyətlə əlaqədar Rumıniyanın FKSB klubuna 2 milyon avro qazandıracaq.

Axar.az Teleqraf.com-a istinadla xəbər verir ki, qələbə sayəsində 8-ci yerə yüksələn FKSB UEFA-dan məhz bu qədər məbləği qazanmağa çox yaxındır. Qələbə üçün 450 min avro qazanan rumıniyalılar “səkkizliy”i əldən verməyəcəyi halda 600 min avro və pley-off-a vəsiqə qazandığı üçün 1 milyon avro əlavə bonus qazanacaq.

FKSB-nin prezidenti Cici Bekali “Qarabağ”a qalib gəldikləri üçün arzusuna çatdığını və son turda İngiltərənin “Mançester Yunayted” klubundan 1 xal alaraq, 2 milyon avroya nail olacağını açıqlayıb.

Qeyd edək ki, FKSB “Qarabağ”a qalib gələrək 14 xalla VIII pilləyə yüksəlib. Rumıniya təmsilçisi qitə turnirində indiyədək təxminən 8,3 milyon avro qazanıb.

Tarix
2025.01.24 / 11:55
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirimiz İran XİN-də: Əxlaqsızlığa görə qovulan tələbələr...

Hikmət Mirzəyev türkiyəli generalla görüşdü - Foto

OBA-da “girov qalmaqalı”: DİN hərəkətə keçdi

İran panikada: Bakı və İrəvandan zəmanət istəyir

Vəziyyət ciddidir: İran Bakı ilə dəqiqləşdirir - Beqlaryan

Astana AZAL-la bağlı rus təbliğatını darmadağın etdi

Bu, “qara qutuları”n materiallarından fərqlənir - Bozumbayev

AZAL təyyarəsi ilə bağlı Qazaxıstandan açıqlama - Təcili

İrəvanı qorxuya salan üç ssenari: Mehridən Göyçəyə qədər...

Ermənistan sərhədimizdə “hava həyəcanı” elan edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla