Yuxarı

Neft ölkələri acı gerçəklə üz-üzə: 50 il sonra...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Neft ölkələri acı gerçəklə üz-üzə: 50 il sonra...

Rusiyanın xaricə neft satışını dayandırması ümumiyyətlə texniki baxımdan mümkün deyil. Çünki sözügedən proses çox böyük investisiya tələb edir.

Bu barədə iqtisadçı ekspert Rəşad Həsənov Axar.az-a açıqlamasında deyib. İqtisadçı neftin ən qısa müddətdə pula çevrilməsi üçün hazırda dünya ölkələrinin yarışdığını bildirib:

"Neft hasilatının dayandırılıb, sonradan bu prosesəbaşlanılmasına dünyada yalnız bir neçə ölkənin imkanı var. Bunlardan biri Səudiyyə Ərəbistanıdır. Rusiya isə hazırda neftdən daxil olan az maliyyə vəsaitinin bir qismini neft satmaqla kompensasiya edir. Əvvəl dünya bazarına gündəlik təxminən 9-9,5 milyon barrel neft çıxarırdısa, sonradan bunu 11,5 milyon barrelə qədər artırdı. Neft ölkələri bu dövrün bitməsinə 50 il qaldığını çox yaxşı bilirlər. Avropa 2035-ci ildən sonra tələbatının 50 faizini alternativ enerji ilə ödəməyi planlaşdırır. Hazırda uran enerjisinin parçalanmasının ən optimal variantları üzərində işlər tamamlanmaq üzrədir. Çin də alternativ enerjinin istehsalata, sənaye və digər sahələrə sürətlə tətbiqini öz qarşısına məqsəd qoyub".

Ekspert hesab edir ki, bundan sonra neftə olan tələbat kəskin azalacaq:

"Dünya ölkələri neftin ən qısa müddətdə pula çevrilməsi üçün yarışa giriblər. Hətta OPEK belə hazırkı şərtlər daxilində hasilatını azaltmır, əksinə artırır. Rusiya, Səudiyyə, İran və Amerika da bu gerçəkliklə hərəkət edirlər. Ona görə də Rusiyanın xaricə neft satışını dayandırması texniki baxımdan mümkün deyil. Bu proses çox böyük investisiya tələb edir. Çünki bir quyunun bərpası üçün təxminən 7-11 milyon dollar vəsait lazımdır".

Qeyd edək ki, ekspertlər Rusiyanın sanksiya və ucuz neft qiymətlərindən bu günə qədər 600 milyard dollar itirdiyini açıqlayıblar.Ədalətli Rusiya Partiyasının deputatı Oleq Paxolkov 5 il müddətinə xaricə neft satışının dayandırılmasını təklif edib.

Tarix
2016.02.06 / 09:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi

Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı

İlham Əliyev və Pelleqrininin geniş tərkibdə görüşü oldu

İlham Əliyev və Pelleqrini Devin qəsrində

İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto

Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı

Bunu diqqətdən kənarda qoymamalıyıq - Prezident

Sahibə Qafarova Arakçı ilə görüşdü

Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi

Bu icra məmurları ilə bağlı mühüm qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla