Yuxarı

SOCAR niyə yenidən “Şimal”a getdi?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
SOCAR niyə yenidən “Şimal”a getdi?

Xəbər vediyimiz kimi, dünən SOCAR və Transneft şirkətləri Azərbaycan neftinin Rusiya üzərindən daşınması üzrə yeni müqavilə imzalayıblar.

SOCAR bunun qarşılıqlı faydalı kommersiya şərtləri əsasında həyata keçirildiyini bəyan edib.

Maraqlıdır ki, əvvəllər Azərbaycanla əlaqələrə dair ilk xəbərləri Transneft şirkətinin saytından almaq mümkün idisə, hazırda Rusiyanın neft boru daşımaları üzrə monopolisti nədənsə susmağa üstünlük verir.

SOCAR-ın marketinq və investisiyalar üzrə vitse-presidenti Elşad Nəsirov isə Röyter agentliyinə bildirib ki, 2014-cü ildə Azərbaycan Bakı-Novorossiysk boru xətti ilə 1-1,5 milyon ton neft daşımaq niyyətindədir və bağlanan müqavilə tərəflərin kommersiya maraqlarına cavab verir.

Bəs sual olunur, nədən əvvəlki müqaviləyə Transneft şirkəti fevralın 14-də xitam verdi və SOCAR məcbur olub onun səhəri Bakı-Tiflis-Ceyhanla öz neftini daşımağa başladı? Nəhayət, 3 gün ərzində şirkətlər hər iki tərəfi qane edəcək razılığa gələ bildilər?

Bəllidir ki, bundan əvvəlki tarif 15,67 dollar idi. Rusiya ərazisində Azərbaycan neftinin 1 tonunun daşınması üçün 16 il yarım ərzində bu dəyişməz olaraq qalmışdı. Transneft isə bu tarifin 2 dəfə artırılmasının istəyirdi. Buna cavab olaraq Azərbaycan keyfiyyət bankı tələbi irəli sürürdü. Rusiya isə bunu o zaman tətbiq edəcəyini bildirirdi ki, SOCAR 5 milyon ton neft vursun kəmərə. Çox güman ki, Azərbaycan öz tələbini geri götürüb keyfiyyət bankı ilə bağlı, Transneft də həcm məsələsini gündəllikdən çıxarıb. Və beləliklə, tərəflər təqribən 30 dollardan Azərbaycan neftinin daşınmasına razılaşıblar.

Bu tarif SOCAR-ı qane edir hazırda, çünki BTC-dən ucuzdur, dəmir yolu ilə daşımalar qədər başağrısı yoxdur və riski azdır.

Tarix
2014.02.19 / 15:15
Müəllif
Axar.az
Digər xəbərlər

Türk ölkəsində Azərbaycanla bağlı yenilik

Alman qonağı Bakıda heyrətləndirən bina - Foto

Azərbaycanla Keniya arasında memorandum imzalandı

Ən yüksək əmək haqqı bu sahədədir - Deputat

Mikayıl Cabbarov Pəncab əyalətinin baş naziri ilə görüşdü

Sudanla saziş imzalandı: bu şəxslər üçün viza ləğv edildi

Şanxay Mükafatını tanıtmaq üçün bu tədbiri fürsət bilirik...

Rusiya və İranın məğlub olmasına imkan verməyən ölkə...

Şad xəbər: Quru sərhədlər açılır - Ekspert

Şəhərlər xalq tərəfindən qurulur və xalq üçündür - Şenqyun

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla