Yuxarı

Bahar Lətifqızı: “Qızım dedi ki, silahım olsa...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bahar Lətifqızı: “Qızım dedi ki, silahım olsa...”

Müğənni Bahar Lətifqızı "Xocalı" adlı mahnısına çəkilmiş klipin təqdimat mərasimini keçirib.

Musavat.com xəbər verir ki, Zirə Mədəniyyət Mərkəzində baş tutan təqdimatda ilk olaraq ekran işi nümayiş olunub. Daha sonra kürsüyə çıxan müğənni sözləri Zəlimxan Yaquba, musiqisi isə Aytən Oqtayqızına məxsus olan mahnı əsasında ərsəyə gələn layihədən danışıb:

"İki il idi ki, "Xocalı" layihəsi üzərində çalışırdıq. Bu klipi ərsəyə gətirən Nazim Şərbətova, ideya müəllifi prodüserim Vəfa Nuriyevaya, həmçinin mənə dəstək olan Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvlərinə təşəkkürümü bildirirəm. Balaca qızım belə klipi izlədikdən sonra mənə dedi ki, silahım olsa, erməniləri öldürərəm. Çünki onlar bizim körpələrimizi qətlə yetiriblər. Mən hər kəsi Xocalı soyqırımını tanıtmağa səsləyirəm. Xocalını Azərbaycana tanıtmaq lazım deyil. Millətimiz erməninin kim olduğunu yaxşı bilir. Klipdə xarici dildə altyazıdan istifadə edilib, məqsədimiz Xocalı faciəsini dünyada tanıtmaqdır. İnanıram ki, bütün ölkələr bu video-çarxa baxacaq və millətimizin necə əzblı günlər yaşadığını görəcək”.

Qeyd edək ki, tədbirə millət vəkilləri Rauf Əliyev, Flora Qasımova, Aydın Hüseynov, Hikmət Babaoğlu da qatılıb. Onlar layihə haqda fikirlərini bölüşüblər.

Tarix
2017.02.22 / 19:20
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıdan Kremlə Qarabağ xatırlatması: Heç bir ölkə...

Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...

Zori Balayan öldü

Rövnəq Abdullayevlə bağlı qərar: 16 illik fəaliyyət dövrü

Xəzərin səviyyəsi 20 illik azalmadan sonra sabitləşdi

Azərbaycan üzərindən malların tədarükü... - Papoyan

Azərbaycanlı xanım Nyu Yorkdan elə video paylaşdı ki...

Əliyevin bu sözləri Türk dünyasında böyük əks-səda doğurdu

İlham Əliyev Seneqal prezidentini təbrik etdi

Azərbaycan bundan ən çox zərər çəkən ölkələrdəndir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla