Yuxarı

Kürəkçay sazişinin orijinalı tapıldı - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kürəkçay sazişinin orijinalı tapıldı - Foto

Kürəkçay müqaviləsinin 215-ci ildönümündə Sosial Tədqiqatlar Mərkəzinin Baş məsləhətçisi, professor Əfqan Vəliyev tərəfindən nadir əlyazma əldə edilərək ictimaiyyətə təqdim edilib.

Kult.az xəbər verir ki, sözügedən tarixi toplu Rzaqulu bəy Mirzə Camal oğlunun “Pənah xan və İbrahim xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri” əsərinin Qarabağ tarixi barədə farsca yazılmış 123 səhifəlik əlyazmasıdır.

Müəllifin etiraf etdiyi kimi, o, atası Mirzə Camalın “Qarabağ tarixi”ni xülasə edib.

Professor bildirib ki, Rzaqulu bəy atasının yazdığı tarixə bir neçə dəyərli əlavələr etdiyindən izahları ilə birlikdə çap olunmasını məqsədəuyğun biliblər:

“Bu əsərlərdə etnoqrafik materiallara, tarixi-memarlıq abidələrinin təsvirinə, Qarabağın bir çox maraqlı şəxsiyyətlərinə, adət-ənənələrinə dair zəngin faktlarla, vəqf mülkiyyətinin Qarabağda geniş vüsət tapmasına dair tutarlı sübutlarla rastlaşırıq”.

Qeyd edək ki, Azərbaycan xanlıqları içərisində Qarabağ xanlığı maddi və insan ehtiyatlarına, iqtisadi və hərbi qüdrətinə görə xüsusi yer tutur. Qarabağ xanlığının tarixini ayrıca və dərindən tədqiq edilməsi bədnam qonşularımız olan ermənilərin Qarabağın tarixini saxtalışdırmaq cəhdlərini boşa çıxarmaq, Qarabağ ərazisinin əzəldən Azərbaycan torpağı olduğunu sübut etmək üçün çox əhəmiyyətlidir.

İki çap vərəqindən də az olan bu əsər beş hissəyə bölünüb. Əsərin son hissəsində müəllif xanlıqda yaranmış vəziyyət nəticəsində Şuşada Pənahəli xanın qocalığından istifadə edən əyanların bütün idarə işlərini öz əllərinə alaraq iki düşmən dəstəyə bölündüyündən bəhs edir.

Əsərdə 1805-ci il Rusiya ilə Qarabağ xanlığı arasında bağlanmış Kürəkçay dövrünə qədər əhatəli məlumat da yer alır. Əlyazma 1912-ci ildə təkrarən üz köçürülmə ilə yenilənib və 1919-cu ildə Azərbaycan Cümhuriyyətinin rəhbərləri əlyazmadan daşnaklarla görüşlərdə etibarlı mənbə kimi istifadə edib və mənbə etibarlılıq dərəcəsinə görə bütün erməni iddialarını təkzib etməyə tamamilə yararlı olub.

Mənbə həm də Qarabağda erməniləşmə prosesini göstərən ən ciddi sənədlər toplusu hesab olunur.

Tarix
2020.05.14 / 16:02
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycanda "Roblox" bloklana bilər - Xəbərdarlıq

Ağdərənin Baş planı ilə tanışlıq - Video

Bu, gələcəyimizi böyük risk altına alır - Komitə sədri

Paşinyan Hikmət Hacıyevin Dilican səfərindən danışdı

Hakan Fidan pakistanlı həmkarı ilə İrandan danışdı

Ceyhun Bayramov koreyalı nazir müavinini qəbul etdi

Ceyhun Bayramov Hamade ilə TRİPP-dən danışdı

ABŞ və İran yekun razılaşma əldə edə biləcək?

Numan Qurtulmuş Azərbaycana səfər edəcək

Tramp onu Bakıya göndərdi: Prezidentlə görüş... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla