Yuxarı

Xalq artistləri Braziliyaya gedir – Səbəb

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xalq artistləri Braziliyaya gedir – Səbəb

Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı səfirliyinin müraciəti, Rio de Janeyro şəhər meriyasının təklifinə əsasən, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aprel ayının 21-dən 27-dək Rio de Janeyroda Azərbaycan Mədəniyyət Həftəsi keçiriləcək.

Axar.az xəbər verir ki, Azərbaycan Mədəniyyət Həftəsi Azərbaycan-Braziliya mədəni əlaqələrinin inkişafı, iki ölkə xalqlarının bir-birini yaxından tanıması, Azərbaycan mədəniyyətinin təbliği, ölkəmizin beynəlxalq imicinin yüksəldilməsi məqsədi ilə keçirilir.

Cənubi Amerikada ilk dəfə olaraq keçirilən və Rio de Janeyronun 450 illiyinə təsadüf edən Mədəniyyət həftəsi çərçivəsində Azərbaycan milli mətbəx nümunələrinin, ölkəmizin mədəniyyətini, tarix və memarlıq abidələrini, təbiət mənzərələrini və turizm potensialını əks etdirən "Azərbaycan dünən, bu gün və sabah" adlı fotosərgi, xalq artisti Mənsum İbrahimovun, muğam ifaçısı Arzu Əliyevanın ifasında (əməkdar artistlər Elçin Haşımovun (tar), Elnur Əhmədovun (kamança) müşayiəti ilə) muğam konserti və Azərbaycan Dövlət Rəqs Ansamblı üzvlərinin milli rəqs, xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi ilə Braziliya Simfonik Orkestrinin və "Trio Qarabağ" muğam qrupunun konsertləri, "Nabat", "Hakim haradadır?" filmlərinin nümayişi keçiriləcək.

Tədbirlər Rio de Janeyronun "İncəsənət şəhəri"ndə ("Cidade des Artes") – "Cafe das artes", "Gallery", "Teatro de Camara", "Sala de Leitura", "Grande Sala" kimi tanınmış sənət məkanlarında təşkil olunacaq.

Tarix
2015.04.13 / 19:39
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla