Yuxarı

Ovannisyanın müharibə ilə bağlı şok sözləri

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan erməni ordusunun cəbhədə göstərdiyi “böyük rəşadət”lə bağlı artıq tam bir aydır ki, danışır.

Ovannisyan müharibə başlayan gündən – 27 sentyabrdan etibarən verdiyi operativ-taktiki məlumatlarla artıq milyonların gözünü təpəsinə çıxarmağı bacarıb.

Gəlin, sözü verək Ovannisyana və ermənicə dediklərinin mənasını təqdim edək:

“Cəbhənin cənub istiqamətində qəhrəman erməni əsgərləri çox böyük rəşadət nümayiş etdirərək geri çəkilib”.

“Ermənistan ordusunun düşmənə ağır zərbə endirməsi nəticəsində Qubadlı Azərbaycanın nəzarətinə keçib. Lakin narahat olmağa dəyməz”.

“Azərbaycan hərbçilərini mühasirəyə almağımız nəticəsində bir sıra vacib yüksəkliklər Azərbaycan ordusu tərəfindən işğal edilib”.

“Azərbaycan ordusu döyüşün ilk günündən şimal, şimal-şərq və cənub cəbhəsindən hücum edirdi. Rəşadətli erməni ordusunun zərbələri nəticəsində düşmən o qədər pərən-pərən düşüb ki, indi Azərbaycan ordusu artıq şimal, şimal-şərq, cənub, cənub-qərb, qərb və şimal-qərbdən hücum edir”.

“Azərbaycan ordusunun hərbi resursu tükənib. Bunun nəticəsində o, indiyə qədər görünməmiş qədər hərbi qüvvə və texnika ilə hücuma keçərək Qarabağın hüdudlarına daxil olub”.

“Rəşadətli erməni ordusunun göstərdiyi böyük qəhrəmanlığa görə texnika, ərazi və canlı qüvvə baxımından itkilərimiz var. Orduda ciddi şəkildə əsgər çatışmazlığı yaranıb və biz qalib gələcəyik”.

“Düşmən qüvvələrinin hücumunu dəf edən qəhrəman erməni əsgərləri taktiki manevrlərlə bu gün bir sıra mövqelərdən geri çəkiliblər”.

“Artıq payız gəlir, yağışlar başlayır, daha ayaqyalın savaşmaq olmaz. Ona görə də əsgərlərimizə şəp-şəplər göndərilir (bu yerdə canlı olaraq şəp-şəp geyinmiş əsgəri nümayiş etdirir)".

“Azərbaycan Ordusu artıq 5-ci rayonunu işğaldan azad etməyə yaxındır. Ancaq narahat olmayın, qorxmayın, kişi olun, vicdanınız olsun, namusunuz olsun, vuruşun, hara qaçırsınız?!”

Tarix
2020.10.27 / 22:18
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla