Yuxarı

“Aypara” Qazaxıstana festivala getdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Aypara” Qazaxıstana festivala getdi

Qazaxıstanın paytaxtı Astanada Ənənəvi Musiqi üzrə Beynəlxalq Şuranın 43-cü ümumdünya konfransı keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən Axar.az-a verilən məlumata görə, konfrans çərçivəsində TÜRKSOY tərəfindən türk xalqlarının musiqi festivalı təşkil olunub. Festivalda iştirak edən musiqiçilər orta əsrlərdən etibarən formalaşan zəngin türk musiqi mədəniyyəti nümunələrini, rəqsləri, muğamları, vokal-instrumental ansambl ifaçılığını təqdim ediblər.

Tədbirdə 70-ə yaxın ölkədən 800 aparıcı ekspert, türkdilli ölkələrin mədəniyyət və incəsənət xadimləri və xarici ölkələrin nümayəndələri də iştirak edib.

Qeyd edək ki, festivalda Azərbaycanın "Aypara" muğam üçlüyünün – ikinci respublika muğam müsabiqəsinin qalibi Aytən Məhərrəmova, tarzən Ədalət Behbudov və kamançaçalan Pərviz Fərhadovun çıxışı baş tutub.

Tarix
2015.07.25 / 02:00
Müəllif
Nigar An
Digər xəbərlər

Azərbaycan liderinin Pezeşkianla telefon danışığı... - Arakçı

Rusiya-ABŞ razılığa gələ bilmədi, Ukrayna üçün fürsət yarandı

Hüquqşünasdan deputata: Səhv edirsiniz, cənab Cəfərov!

Vensin Bakı səfərinin vaxtı açıqlandı

Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinə məxsusdur

Seleznyovun Ermənistana girişi qadağan edildi

İran faciəvi şəkildə çökür, Pezeşkian bacarmayacaq...

İki ölkədə Çin casusları yaxalandı - Böyük qalmaqal

Nazir Talıbovu yüksək vəzifəyə təyin etdi

Savadlı danışıq, xəbər dilində məsuliyyət... - Təlim

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla