Nağılların uşaqların psixi
inkişafında çox böyük təsiri var. Çünki uşaqlar ətraf mühit haqda
informasiyanı oyunlarda, cizgi filmlərində, nağıllarda tapıb
öyrənir.
Bu sözləri Axar.az-a Narınc Uşaq Psixologiya Mərkəzinin
direktoru Narınc Rüstəmova deyib. Onun sözlərinə görə, bəzi
nağıllarda uşaq psixologiyasına zərər yetirəcək davranışlar, sözlər
yer alır:
"Təəssüf ki, bizim nağıl kitablarımız müasir
standartlara və uşaq psixologiyasına uyğun tənzimlənməyib.
Məsələn,"Şəngülüm, Şüngülüm, Məngülüm" nağılı 7 yaşdan yuxarı
uşaqlar üçündür. 3-6 yaşlı uşaqlarda təxəyyül çox yüksək olur və
onlar bu tip hekayələri, nağılları real qəbul edirlər. Hətta
bizim"Oğuznamə"mizə baxsanız, görərsiniz ki, orada nə qədər kobud,
şiddət tərkibli, uşaqların oxumayacağı, dinləməyəcəyi uyğunsuz
sözlərdən, kəlmələrdən istifadə olunub. "Oğuznamə" yaş etibarı ilə
12 yaşdan yuxarı uşaqlar üçündür. Əslində, Avropada belə kitablar,
yəni uşaq kitabları, nağıllar xüsusi nəzarət altındadır".
Narınc Rüstəmova bildirir ki, uşaqlar çox vaxt nağıldakı
obrazları real qəbul edirlər:
"Məsələn, bizim gözəl nağıllarımız – "Tıq-tıq xanım", "Qoğal"
3-6 yaş arası uşaq nağıllarıdır. Valideyn burada nağılın pisini,
yaxşısını deyil, uşağa uyğununu seçməyi bacarmalıdır. 6-7 yaşlı
uşaqlar ölüm anlayışını qavrayırlar. Uşaq artıq həmin nağıllardan
təsirlənmir, öz üzərinə götürmür. Anlayır ki, çəpiş danışa bilmir,
onlar insan kimi evdə yaşamır, bu, sadəcə, nağıldır. 3-6 yaş arası
uşaqlar isə beləobrazları real qəbul edirlər. Düşünürlər ki,
canavar da, keçi də danışır.Oradakı obrazları yamsılayır, deyir ki,
mən "Hörümçək adam" olacağam və sairə. Əgər valideyn 4 yaşlı uşağa
bu nağılları danışarsa, həmin uşaq o obrazları realda görəcək,
qorxacaq".
Psixoloq uşaqların nağılları fərqli mənada qavramasının
fəsadlarından da söz açıb:
"İndi nağıl kitablarında giriş yoxdur.Əvvəldə"Ön söz", psixoloq
rəyi olmalıdır ki, valideynin kitab haqqında informasiyası olsun.
3,5, 6 yaş arası uşaqlar üçün nağıl kitabları çox zəngin olmalıdır,
oradakı nağıl personajları daha qabarıq görünməlidir, sözdən daha
az istifadə olunmalıdır.Nağıl kitabındakı şəklə baxarkən uşaq
pişiyin, canavarın üzündəki emosiyanı, qəzəbi görməlidir.
Nağıllar var ki, baxırsan şəkildə gülür, ancaq mətndə yazılıb
ki, əsəbidir. Bu zaman uşaqda emosional pozuntu yaranır, uşaq özünü
ifadə edə bilmir. Şiddət doğuran nağıllar 3-6 yaşlı uşaqların
qorxmasına səbəb olur. Onlar fikirləşirlər ki, canavar gəlibmənim
qarnımı yırtar, qapımızıqırar. Yaxşı olar ki, valideynlər kitab
almazdan əvvəl ekspert rəyi alsınlar".