Yuxarı

Apelyasiya Şurasının ilk iclası keçirildi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Apelyasiya Şurasının ilk iclası keçirildi

Bu gün Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Apelyasiya Şurasının ilk iclası keçirilib.

Axar.az xəbər verir ki, Mədəniyyət və Turizm nazirinin birinci müavini Vaqif Əliyevin sədrliyi ilə keçirilən iclasda Şuranın vəzifələri, gələcək fəaliyyətinin təşkili, şikayətlərə baxılmasına dair təlimatın təsdiq olunması məsələləri müzakirə edilib.

İclasda sahibkarlıq fəaliyyəti ilə bağlı müraciətlərə Nazirlik və onun struktur bölmələri tərəfindən diqqətin daha da gücləndirilməsi, bu sahədə zəruri profilaktik tədbirlərin görülməsi, Apelyasiya Şurasının səlahiyyətlərinə aid məsələlərin hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsinin zəruriliyi xüsusi vurğulanıb.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuralarının yaradılması haqqında" 3 fevral 2016-cı il tarixli fərmanına uyğun olaraq yaradılmış Mədəniyyət və Turizm Nazirliyinin Apelyasiya Şurası sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiə olunması məqsədinə xidmət edir.

Tarix
2016.02.25 / 17:43
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Sülh sazişinə çox az qaldı - Vilson

Erməni diplomat: Bakı İrəvandan ərazi tələb edə bilər!

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan liderinin Pezeşkianla telefon danışığı... - Arakçı

Rusiya-ABŞ razılığa gələ bilmədi, Ukrayna üçün fürsət yarandı

Hüquqşünasdan deputata: Səhv edirsiniz, cənab Cəfərov!

Vensin Bakı səfərinin vaxtı açıqlandı

Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinə məxsusdur

Seleznyovun Ermənistana girişi qadağan edildi

İran faciəvi şəkildə çökür, Pezeşkian bacarmayacaq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla