Yuxarı

Putinin xüsusi dəvət etdiyi məşhur komandir öldürüldü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinin xüsusi dəvət etdiyi məşhur komandir öldürüldü

Rusiya-Ukrayna müharibəsində Kreml üçün növbəti ağır itki baş verib və Putinin şəxsən tanıdığı, rəğbət bəslədiyi məşhur rusiyalı hərbçi Naran Oçir-Qoryayev cəbhədə öldürülüb.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə məlumatı Kalmıkiya Respublikasının rəhbəri Batu Xasikov rəsmi şəkildə elan edib.

Rusiya mediasının yaydığı məlumata görə, Kalmıkiya əsilli Oçir-Qoryayev 2022-ci ildən bəri Ukraynaya qarşı döyüş əməliyyatlarında aktiv şəkildə iştirak edib. O, xüsusilə Soledar və Seversk istiqamətində gedən ağır, qanlı döyüşlərdə fərqləndiyinə görə "Rusiya Qəhrəmanı" fəxri adına layiq görülmüşdü.

Məhv edilən hərbçinin adı Rusiya ictimaiyyətinə həm də Kremlin xüsusi təbliğat layihələrindən tanış idi. Belə ki, 2025-ci ilin dekabrında Rusiya Prezidenti Vladimir Putin şəxsən Oçir-Qoryayevi qəbula çağırıb. Rusiya KİV-lərinin yazdığına görə, Putin ondan Ukraynanın Donetsk vilayətində yerləşən Seversk şəhərinin "azad edilməsi" əməliyyatının təfərrüatını şəxsən dinləmək istəmişdi. Lakin Kremlin böyük ümidlər bəslədiyi və qəhrəman statusu verdiyi həmin hərbçinin döyüş yolu Ukrayna cəbhəsində birdəfəlik kəsilib.

Tarix
2026.06.06 / 12:21
Müəllif
Axar.az
Digər xəbərlər

Klintondan Heydər Əliyevə gözlənilməz zəng - Video

Azərbaycan XİN İsveçi təbrik etdi - Foto

İlham Əliyev İsveç Kralını təbrik etdi

Azovda həlak olan azərbaycanlıların yaxınları danışdı - Video

Naxçıvanda 2800 illik sirr üzə çıxdı - Alim açıqladı

Gəmidən sağ çıxan azərbaycanlı: Xilas edə bilmədik - Video

Trampın İranla bağlı qərarı düzgündür - Putin

"Azərsun Holdinq" ətraf mühit tədbirini dəstəklədi

Paşinyan 3 “Ermənistan”a qarşı: nələr gözlənilir?

Prezident onları işdən çıxartdı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla