Yuxarı

Axar.Az Logo carnation

Suriyaya zərbə endirdiyi üçün Tramp məhkəməyə verildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Suriyaya zərbə endirdiyi üçün Tramp məhkəməyə verildi

ABŞ-da Obama administrasiyasının sabiq hüquqşünaslarının çalışdığı “Protect Democracy” təşkilatı, Suriyaya raket zərbəsinin endirilməsinə dair qərar verərkən, Tramp administrasiyasının nəyə əsaslandığının araşdırılması üçün məhkəməyə müraciət edib.

APA-nın verdiyi xəbərə görə, təşkilat rəhbərliyi iddia edir ki, Suriyanın “Şayrat” aviabazasına raket zərbəsinin endirilməsindən bir aydan çox müddət keçməsinə baxmayaraq, prezident administrasiyası indiyədək bu cür addımın qanuniliyinə dair heç bir əsas gətirməyib. Belə ki, Ağ Evin addımı nə BMT Təhlükəsizlik Şurası, nə də ki ABŞ Konqresi ilə razılaşdırılmayıb.

“Bizim konstitusional demokratiyamızda icraedici hakimiyyətin hər hansı digər ölkəyə hücum etmək imkanları qanunla məhdudlaşdırılıb”, - deyə “Protect Democracy”-nin direktoru, Obama administrasiyasının sabiq hüquqşünası Castin Florens qeyd edib. İddiaçılar administrasiyadan Trampın raket zərbəsi endirməklə bağlı əmr vermə səlahiyyətinə dair daxili sənədlər təqdim etməyi tələb edirlər.

Qeyd edək ki, 2017-ci ilin aprelin 6-na keçən gecə Donald Tramp ABŞ Hərbi-Dəniz Qüvvələrinə Suriyanın “Şayrat” aviabazasına “Tomaqavk” tipli qanadlı raketlərlə zərbələr endirmək əmri verib.

Tarix
2017.05.10 / 09:16
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Davosda AYİB prezidenti ilə görüşdü

Prezident: Onlarla istənilən əməkdaşlığı dayandırmışıq

İranda baş verən müəyyən qeyri-sabitlik... - Prezident

Prezident Davosda Ceymi Daymonla görüşdü - Foto

Əliyevdən Ermənistan açıqlaması: Bunu götürdük!

Yeni era başlayıb, indi güc qaydası idarə edir - Prezident

ABŞ nizamı darmadağın etdi: böyük toqquşmalar başlayır

Ukraynaya 1 milyon dollarlıq yardım göndərdik - Foto

Ərdoğanın oğlu Gəncədə Şəhidlər xiyabanında... - Foto

Türkiyə və Azərbaycan XİN başçıları danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla