Yuxarı

“Tatarların bu haqqını Putinə qədər kim vermişdi?”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Krım Rusiyaya birləşdirilməsəydi, bölgədə Ukraynanın şərqindəki vəziyyət yaranardı".

Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov çıxış edib. O, Krımda tatarların hüquqlarının maksimum şəkildə qorunduğunu bildirib:

"Rusiya Krımı dağıntılardan xilas etdi. Krım Rusiyaya birləşdirilməsəydi, bölgədə Ukraynanın şərqindəki vəziyyət yaranardı. Bu gün Krımda birlik var. Krımda tatar dili heç vaxt rəsmi dil olaraq qəbul edilməyib. Bu, ancaq Putin sərəncam imzaladıqdan sonra mümkün oldu. Artıq Krımda rusca, ukraynca və tatarca rəsmi dildir".

Peskov tatarların bir çoxunun Krımın Rusiyaya birləşdirilməsinə dəstək verdiyini deyib:

"Krım tatarlarının bir çoxu müstəqillik referendumuna qatıldı. İştirak edənlərin əksəriyyəti Rusiyaya "bəli" dedilər. Cənab Cəmilov bir müddət Putinlə dialoq apardı. Təəssüf ki, Cəmilov və onunla birlikdə bir neçə adam bu referendumun nəticələrini qəbul etmədi. Yəni o, Krımda öz millətinin əksəriyyətinə qarşı çıxdı".

Dmitri Peskov Krım tatarlarının Rusiyanın bir parçası olduğunu və onları qoruyacaqlarını deyib.

Tarix
2014.09.26 / 10:27
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

“Tuşonka-2” əməliyyatı başlayır: İfşalar olacaq - Şahnazaryan

Çin-ABŞ gərginliyi artır: Tramp ilk dəfə “soyuq savaş” dedi…

Sahil Babayev sahibkarları sevindirir – Ekspert alqışladı

Orta dəhliz bizim üçün vacibdir, Zəngəzur da... - Uraloğlu

Duma deputatından Azərbaycana qarşı aşağılayıcı sözlər…

İlham Əliyevdən Uşaqlar Günü ilə bağlı paylaşım - Video

PA rəsmisi minaya düşən vətəndaşlarımızın sayını açıqladı

Ərdoğan Laçında bununla sübut etdi ki... - Yüce

Səfirimiz İran xarici işlər nazirinin müavini ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə Xankəndi görüşündən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla