Yuxarı

İŞİD xofu Belçikanı faşist addımlara məcbur edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İŞİD xofu Belçikanı faşist addımlara məcbur edir

Belçikada mərkəz sağ koalisiya hökuməti terror təşkilatlarına dəstək verən ölkə vətəndaşlarını vətəndaşlıq hüququndan məhrum etməyi planlaşdırır.

Axar.az xəbər verir ki, Xarici İşlər naziri Didie Reynders Fransanın RTBF televiziyasına verdiyi açıqlamada bu barədə danışaraq yaxın zamanlarda qanunun müzakirəsinə başlanacağını deyib:

"Məqsədimiz ikici və üçüncü nəsildə problemin qarşısını almaqdır. Çünki əsas problem indi deyil, gələcəkdə olacaq".

Bildirək ki, hökumətin bu hazırlığı ölkə müxalifəti tərəfindən birmənalı qarşılanmır. Müxalifət partiyaları və insan hüquqları təşkilatları miqrant ailələrin Belçikada doğulan uşaqlarının cinayət işlədəcəyi təqdirdə ölkə vətəndaşlığından məhrum edilməsinin ayrı-seçkilik olduğu bildirir.

Flaman Yaşıllar Partiyasının federal millət vəkili Stefaan Van Heck Belçikada doğulan və yaşayan insanların əslində hökumətin məsuliyyəti altında olduğunu deyib.

Brüsselin meri Rudi Vervoort da yeni qanuna qarşı çıxıb. O, yeni hökuməti faşistlərlə müqayisə edib:
"Vətəndaşlığın geri alınması bəzi radikal rejimlərin istifadə etdiyi silahdır. Nasistlərin həyata keçirdiyi ilk tədbirlərdən biri yəhudilərin Almaniya vətəndaşlığını ləğv etmək idi".

Xatırladaq ki, Belçika AB üzvləri arasında əhalisinə nisbətən Suriyaya ən çox xarici döyüşçünün getdiyi ölkədir. 11 milyonluq ölkədən indiyədək təxminən 350 adamın Suriyada döyüşlərə qatıldığı və bunların 100-nün geri döndüyü təxmin edilir.

Tarix
2015.02.03 / 00:24
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Pakistanın federal ombudsmanı ilə görüşdü

İlham Əliyev “o məmurlar” deyəndə kimlərə işarə etdi?

Naxçıvanın “bağışlanan” ərazisi qayıda bilər? - “Qeyri-adi” proses...

Simonyandan Qarabağ açıqlaması: İki nəfər bərk qorxur

Prezident: Xəzər dənizi tarixi əməkdaşlığın rəmzidir

Zəngəzur dəhlizinin açılması... - Prezident

İlham Əliyev Özbəkistan mediasına müsahibə verdi

Ermənistandan Azərbaycana qarşı təcavüzkar müharibə...

Qəzadan sonra ərazidə yalnız bu ölkənin helikopteri olub...

Bütün hərbçilərin nəşi tapıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla