Yuxarı

İsrail Misir vasitəsilə bizə bu mesajı göndərdi - İran

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail Misir vasitəsilə bizə bu mesajı göndərdi - İran

İsrail Suriyanın paytaxtı Dəməşqdəki İran səfirliyinə hücuma Tehranın cavabının qarşısını almaq üçün Misirin xarici işlər naziri vasitəsilə mesaj göndərmişdi.

Axar.az xəbər verir ki, bu sözləri SEPAH-ın aerokosmik qüvvələrinin komandanı, briqada generalı Əmir Əli Hacızadə Qum şəhərində professorlar və yüksək səviyyəli xarici rəsmilərin görüşündə deyib.

O vurğulayıb ki, İsrailin məqsədi İran hərbi komandirlərini öldürmək olsaydı, bunu Suriyadakı konsulluğundan kənarda edə bilərdi:

“İsrailin məqsədi oktyabrın 7-dəki məğlubiyyətini kompensasiya etmək üçün strateji qələbəyə nail olmaq idi”.

General bildirib ki, İsrail İranın cavab verməyəcəyini güman edirdi, əvəzinə müqavimət qüvvələrinin (İran proksiləri – red.) hərəkətə keçməsini gözləyirdilər:

“Doğru vəd” əməliyyatı zamanı İranı hərbi potensialının 20%-ni səfərbər etmişdi. İsrailin raketdən müdafiə sistemləri böyük şəhərlərə yaxın olduqları üçün hücuma məruz qalmadılar və İsraillə müharibə davam etsəydi, İsraili məhv etmək çox vaxt aparmazdı”.

Qeyd edək ki, İran birbaşa öz ərazisindən İsrailə 14 apreldə PUA və raketlərlə kütləvi hücum etmişdi.

Tarix
2024.05.30 / 22:07
Müəllif
Axar.az
Digər xəbərlər

Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan

Ağ Ev Ərdoğan adından paylaşdı - Ankara sildirdi

Azərbaycan Pakistana başsağlığı verdi

İran səfiri konsulumuza görə başsağlığı verdi

Azərbaycan dəmir yolu Ermənistana açıqdır – Paşinyan

Bu kəndlərin Azərbaycana qaytarılmasından 2 il ötür

Naxçıvan hava limanı niyə riskli sayılır? – Səbəb

AZAL rəhbəri aviabiletlərin qiymətindən danışdı

Rusiya AZAL-a görə kompensasiyanı nə vaxt verəcək?

Bayrağımızı yerdən qaldıran məktəbli mükafatlandırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla