Yuxarı

Nikol, üzr istəyirəm, sən iyrənc adamsan - Batya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nikol, üzr istəyirəm, sən iyrənc adamsan - Batya

Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistan Baş naziri Nikol Paşinyanın ittihamlarına cavab verib.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, jurnalistlərin “Paşinyandan üzr istəmək fikrindəsinizmi” sualının qarşılığında Lukaşenko Ermənistan liderini təhqir edib.

O, Paşinyanla bağlı bəzi məqamları açıb:

“Qulaq asın, bu axı gülməlidir. O deyir ki, qoy, Lukaşenko üzr istəsin. Yaxşı, mən indi, bu dəqiqə, hər kəsin qarşısında hazıram. Üzr istəyirəm, əzizim, amma sən iyrənc insansan. Daha bir şey… Bizdə artıq yaşıl köynəkdə, daha bir şey tələb edən (Lukaşenko kimi nəzərdə tutduğunu açıqlamayıb, amma Zelenski olduğu təxmin edilir – red.) belə bir iyrənc insan olub. Onunla artıq hər şey aydındır. Lakin bu Paşinyan bir zamanlar mənə gecə zəng vurub xahiş edirdi ki, onu Putinlə barışdırım. Mən həmin vaxt ona kömək etdim. Vladimir Vladimiroviç (Putin) mənə demişdi ki, Aleksandr Qriqoryeviç, bir bilsəniz bu Paşinyan necə bezdirib. O, bir az başqa cür demişdi, sadəcə indi sizə yumşaq formada deyirəm. O zaman xahiş etdim, onlar Moskvada görüşdülər. İndi mənə belə “təşəkkür” edir”.

Qeyd edək ki, Paşinyan bundan öncə Belarusu İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana silah satmaqda ittiham edib. O, Lukaşenko prezident olduğu dönəmdə Belarusa səfər etməyəcəyini və bu fikrini yalnız Lukaşenko üzr istəyəcəyi halda dəyişəcəyini deyib.

Tarix
2024.06.16 / 13:43
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

Azərbaycan nümayəndələri Kabildə beynəlxalq görüşdə...

Almaniya ümid edir ki, Əliyev bu il Berlinə gələcək – Səfir

Ermənistana 490 ton buğda göndərildi

İsrail ABŞ-İran razılaşmasına qarşı çıxdı

İsrail, İran, ABŞ, ərəblər - narazıdır: Bu, nə razılaşmadır?

Ərdoğan Azərbaycanı təbrik etdi

Suriyalı nazir Azərbaycanla münasibətlərdən danışdı

Türkiyə MN Azərbaycanı təbrik etdi - Foto

Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla