Tramp Rusiya və Ukraynanın müharibədə itkilərini açıqladı
18:36
Ana səhifə Planet |
Kiyevin məğlubiyyəti NATO-ya alyansın hazırda hərbi ehtiyaclar üçün ayırdığı əlavə milyardlarla dollara deyil, trilyonlarla dollara başa gələcək.
Axar.az xəbər verir ki, bunu NATO Baş katibi Mark Rutte Davos İqtisadi Forumu çərçivəsində Ukraynaya həsr olunmuş paneldə deyib.
“Ukrayna uduzsa, NATO-ya əlavə milyardlar yox, trilyonlarla dollar lazım olacaq. Bu halda NATO-nun Qərbi mühafizə etməsi indi müzakirə etdiyimiz hər şeydən daha baha başa gələcək”, - o bildirib.
O, atəşkəs barədə daha az danışmağa və Ukraynaya daha çox silah tədarükünə, eləcə də Rusiyanın şərtləri ilə atəşkəsə imkan verməməyə çağırıb.
Tarix
2025.01.23 / 13:35
|
Müəllif
Zeynəb Əkbər
|