Yuxarı

Sosial media təhlükəsi: vəziyyət daha da pisləşir...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sosial media təhlükəsi: vəziyyət daha da pisləşir...

Baylor Universitetinin amerikalı alimləri paradoksal nəticəyə gəliblər: insanlar sosial şəbəkələrdə nə qədər çox vaxt keçirirlərsə, özlərini bir o qədər tənha hiss edirlər.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, komanda rəqəmsal vərdişlərin rifah halına necə təsir etdiyini başa düşmək üçün doqquz il ərzində təxminən 7000 nidarlandlının məlumatlarını təhlil edib.

Nəticələr göstərib ki, həm passiv (qarşılıqlı əlaqə olmadan gözdən keçirmə), həm də aktiv (yerləşdirmə və ünsiyyət) sosial mediadan istifadə təklik hisslərinin artması ilə müşayiət olunur.

Mütəxəssislər vurğulayıblar ki, onlayn qarşılıqlı əlaqə sosial ehtiyacları ödəmək üçün zəruri olan üz-üzə ünsiyyəti əvəz edə bilməz.

"Sosial media onlayn icmalara çıxış təklif edir, lakin onların istifadəsi - aktiv və ya passiv - təkliyi azaltmır və hətta artıra bilər", - tədqiqatın müəllifi, professor Ceyms Robert deyib.

Alimlər ikitərəfli əlaqə də tapıblar: tənha insanlar sosial şəbəkələrə daha çox müraciət edirlər, lakin bu, onların vəziyyətini daha da pisləşdirir.

Tədqiqat psixi sağlamlıq üçün üz-üzə qarşılıqlı əlaqənin əhəmiyyətini və rəqəmsal vərdişlərin təsirinin daha da öyrənilməsinin zəruriliyini vurğulayır. Bu məlumatlar sosial mediadan daha sağlam istifadə üçün tövsiyələr hazırlamağa kömək edə bilər.

Tarix
2025.02.09 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi

Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı

İlham Əliyev və Pelleqrininin geniş tərkibdə görüşü oldu

İlham Əliyev və Pelleqrini Devin qəsrində

İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto

Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı

Bunu diqqətdən kənarda qoymamalıyıq - Prezident

Sahibə Qafarova Arakçı ilə görüşdü

Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi

Bu icra məmurları ilə bağlı mühüm qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla