Yuxarı

İran ABŞ-a görə bu ölkəyə etiraz notası verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tehran Vaşinqtonun İrandakı maraqlarının müdafiəçisi kimi İsveçrənin Tehrandakı müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb.

Axar.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Bildirilib ki, Donald Trampın nüvə razılaşması əldə olunmadığı təqdirdə İranı bombalayacağı xəbərdarlığından sonra İran İsveçrə nümayəndəsini XİN-ə çağırıb və diplomata etiraz notası təqdim olunub.

Görüşdə İran XİN-in Amerika üzrə Baş İdarəsinin rəisi İsa Kamili İsveçrə səfirliyinin müvəqqəti işlər vəkilinə etirazını bildirərək, İranın belə təhdidlərə qəti şəkildə cavab verəcəyini bəyan edib.

İsveçrəli diplomat İranın etirazını tezliklə ABŞ tərəfinə çatdıracağını bildirib.

Qeyd edək ki, ötən gün Donald Tramp Tehranın nüvə proqramı ilə bağlı razılığa gəlmədiyi təqdirdə İranın misli görünməmiş bomba hücumuna məruz qalacağı ilə bağlı xəbərdarlıq etmişdi.

İranın ali rəhbəri Əli Xamenei isə bəyan edib ki, ABŞ prezidenti İrana hücum edərsə, güclü zərbə ilə üzləşəcək.

Tarix
2025.03.31 / 15:40
Müəllif
Axar.az
Digər xəbərlər

Fransa Bakıya "ölüm qrupu" göndərdi - Şok

İrandan sülh sazişi ilə bağlı Bakı və İrəvana çağırış...

Azərbaycan-AB əməkdaşlığı müzakirə olundu

Bakı və Tehran təhlükəsizlik məsələlərini müzakirə etdi

Milyarderlər siyahısına Ələkbərov başçılıq edir

Uşaqlıqda çoban olmuşam, məktəbə gedə bilmədim...

Hikmət Hacıyev Pezeşkianın müşaviri ilə görüşdü

Fransada siyasi rəqiblərə qarşı repressiya başladı

Pezeşkianın Azərbaycana səfərinin vaxtı məlum oldu

Prezident Mehdi Sənayini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla