Yuxarı

Kipr problemi belə həll olunacaq - Ərdoğan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bölünmüş Kipr problemi son nəticədə adada iki suveren dövlətin yaradılması əsasında həll olunacaq.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Biz Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatarın irəli sürdüyü ikidövlətli həll baxışını tam dəstəkləyirik. Biz töhfə verməyə və konstruktiv yanaşmaya davam edəcəyik. Martın 17-18-də Cenevrədə BMT-nin himayəsi ilə geniş tərkibdə keçirilən qeyri-rəsmi toplantıda razılaşdırıldığı kimi, Kipr türk xalqı gec-tez adada öz suveren bərabərliyinin və bərabər beynəlxalq statusunun qeydə alınmasını təmin edəcək”, - Ərdoğan bildirib.

Ərdoğanın sözlərinə görə, Türkiyə bu yolda həmişə Şimali Kipr Türk Respublikasının yanında olacaq:

“Biz səmimiyyətlə ədalətli, daimi, davamlı və reallığa əsaslanan bir həll istəyirik. Regionumuzda baş verən hadisələr də onu göstərir ki, bu reallıq indi qəbul edilməlidir. Bu adada iki xalqın, iki dövlətin olduğunu hər kəsin dərk etmə vaxtıdır. Ankaranın Kipr türklərinə və onların müstəqil dövlətinə dəstəyi dəyişməz olaraq qalır və Türkiyə Şimali Kiprin təhlükəsizliyinin qarantı olacaq”.

Tarix
2025.05.04 / 15:07
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Ukrayna xarici işlər nazirini qəbul etdi

Fransa silahları Ermənistandadır: Bəs, rus silahları? - Gevondyan

Bakı razılıq verdi, EPU İrəvanda olacaq: Əliyev də gedəcək?

Əminə Ərdoğandan Qarabağ atları ilə bağlı paylaşım - Video

Biz Ermənistanın taleyini Türkiyə ilə müzakirə edə bilərik!

Tehran Bakıya dəhliz verdi, Zəngəzur bitdi - Tarasov

Bayramov pakistanlı həmkarı ilə telefonda danışdı

Bakı ilə Mexiko arasında mühüm müzakirə

Azərbaycan yeganə müsəlman ölkəsidir ki... – İsrail səfiri

Fidanın Rusiyaya səfəri ilə bağlı detallar açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla