Yuxarı

İranın müvəqqəti işlər vəkili XİN-ə çağırıldı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Məlumata görə, görüş zamanı son zamanlar hökumət dairələrinə yaxın İran mətbu orqanlarında Azərbaycan əleyhinə, ölkə rəhbərliyinə qarşı açıq-aşkar şəkildə aparılan kampaniyaya etiraz bildirilib.

Xüsusilə uzun fasilədən sonra Tehranda keçirilmiş “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının” 16-cı iclasından və səmərəli rəsmi görüşlərdən sonra Azərbaycanın İrandakı səfirinin XİN-ə çağırılaraq əsassız şəkildə etiraz bildirilməsinin və İran mətbuatında kampaniyanın genişləndirilməsinin anlaşılmazlıq yaratdığı qeyd olunub.

Bununla yanaşı, Ərdəbildə toplantı zamanı Azərbaycana qarşı səsləndirilən təhqiramiz ifadələrə görə imam cümə Seyid Həsən Amulinin üzr istəməsi əvəzinə, Amulini dəstəkləyən kampaniya aparılması, Qəzvin imam cüməsi daxil, bir sıra din xadimlərinin Azərbaycan əleyhinə fəaliyyətdə iştirak etməsinin qəbuledilməz olduğu diqqətə çatdırılıb.

Bu kimi addımların iki ölkə arasında münasibətlərə zərər vurmaq məqsədi daşıdığı, bunların qarşısının alınmasının zəruri olduğu vurğulanıb.

İranın müvəqqəti işlər vəkili bəzi xoşagəlməz bəyanat və hərəkətlərdən təəssüfləndiyini bildirib və məsələni ölkəsinin səlahiyyətli orqanlarına çatdıracağına söz verib.

Tarix
2025.01.25 / 11:45
Müəllif
Axar.az
Digər xəbərlər

“Xankəndi Azərbaycandır” sözünə Batya niyə təəccüblənib ki!

Sərhəddəki kəndlər boşaldılır, əhali qaçır – Akopyan

Tramp İran xalqını təriflədi, Tehrana xəbərdarlıq etdi

ABŞ siyasətçisi Baydenin erməni oyununu ifşa etdi

Paşinyanı sakitləşdirin, yoxsa... - Lukaşenko

Paşinyanın Bakıdakı məhkəmə ilə bağlı iddiasına - XİN-dən cavab

Ərdoğan öz ad günündə Xocalıya gələcək…

XİN bu ölkəni təbrik etdi

İlham Əliyev Avstraliya general-qubernatorunu təbrik etdi

Əsas Bakı və Ankara ilə əlaqələrdir - Georqobiani

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla