Yuxarı

Brayza: Minsk Qrupunun artıq heç bir rolu qalmayıb

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Minsk Qrupunun artıq heç bir rolu qalmayıb.

Axar.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, Minsk Qrupunun sabiq həmsədri Metyu Brayza bildirib.

Azərbaycanla Ermənistan arasında normallaşma prosesini və sülh üçün Ermənistan Konstitusiyasının dəyişməli olduğunu deyən sabiq səfir Minsk Qrupuna da ehtiyacın qalmadığını qeyd edib:

“Çünki Azərbaycan və Ermənistan öz aralarında danışıqlar aparmaq qərarına gəldikdə, artıq vasitəçilərə ehtiyac yox idi və onlar sülh müqaviləsi imzalamağa yaxındırlar. Belə olan halda, əlbəttə ki, Minsk Qrupuna ehtiyac yoxdur”.

Metyu Brayza əlavə edib ki, həmçinin Tramp administrasiyasının da iki ölkə arasında vasitəçiliyinə ehtiyac qalmayıb. Çünki hər iki ölkə vasitəçi olmadan sülhə daha çox yaxınlaşır.

“Əgər Ermənistan və Azərbaycan sülh müqaviləsi imzalamaq üzrədirsə, ABŞ-ın və ya başqa bir ölkənin vasitəçiliyinə ehtiyac yoxdur. Mən ümid edirəm ki, onlar sülh müqaviləsini imzalayacaqlar. Bildiyimiz kimi, razılaşma mətni artıq yekunlaşmaq üzrədir və indi əsas məsələ Ermənistanın Konstitusiyasını Azərbaycanın tələbinə uyğun dəyişdirilməsidir. Mənə elə gəlir ki, bu baş verəcək. Təbii ki, əgər Baş nazir Nikol Paşinyanın siyasi rəqibləri qeyri-qanuni hərəkətə əl atmazlarsa. Hamımız xatırlayırıq ki, 1999-cu ilin oktyabrında da Ermənistan və Azərbaycan Minsk Qrupunun səyləri nəticəsində sülhə yaxın idilər, lakin sülhün əleyhdarları Ermənistanın baş nazirini və parlament sədrini qətlə yetirdilər”, - deyə Brayza əlavə edib.

Tarix
2025.03.28 / 21:58
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-ın Ərdoğan sevgisinin səbəbi - Zülfüqarov

İlham Əliyev Pezeşkianla danışdı

Qabon prezidenti İlham Əliyevi təbrik etdi

Azərbaycanlılara qarşı törədilmiş soyqırım aktı...- Türkiyə MN

Efiopiyanın baş naziri İlham Əliyevi təbrik etdi

Əlcəzair prezidenti İlham Əliyevi təbrik etdi

31 mart Azərbaycan tarixinin faciəvi səhifələrindən biridir

Mehriban Əliyeva soyqırımla bağlı paylaşım etdi

Ermənilər Ordumuzu atəşə tutdu, PUA-larla kəşfiyyat uçuşları...

Azərbaycanlıların Soyqırımı Günü - XİN-dən bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla