Yuxarı

Kürdə suyun səviyyəsi niyə azalıb?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kürdə suyun səviyyəsi niyə azalıb?

Kürdə suyun səviyyəsinin aşağı düşməsinə səbəb Mingəçevir su anbarından çayın aşağı hissəsinə tökülən kiçik çayların sululuğunun azalmasıdır.

Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında Regional Su Meliorasiya Xidmətinin baş məsləhətçisi Sarvan Ağayev deyib.

Onun sözlərinə görə, Kür çayı üzərində yerləşən Mingəçevir su anbarından Kür çayına hazırda 250 kubmetr/san su buraxılır və bu, bir neçə aydır ki, belə davam edir:

"Kür çayının Mingəçevir su anbarından aşağı hissəsinə tökülən kiçik çayların sululuğu azaldığından Kür çayında da suyun səviyyəsi aşağı düşüb. Belə vəziyyət ciddi çətinliklər yaratmır".

Xidmət rəsmisi əlavə edib ki, əvvəlki illərlə müqayisədə son bir neçə il havaların yağmurlu keçməsi nəticəsində çaylarda suyun səviyyəsi artıb:

"Bunun nəticəsində ölkəmizin su anbarlarında kifayət qədər su ehtiyatı toplanıb. Hazırda ölkəmizin əsas su anbarlarında 18 milyard kub metr su ehtiyatı toplanıb. Su anbarlarında su ehtiyatının olması suvarma kanallarına kifayət qədər suyun verilməsinə imkan verir. Bildiyiniz kimi, hazırda ölkə ərazisində istilər olduğundan və havalar yağmursuz keçdiyindən, çaylarda (əsasən dağ çaylarında) suyun səviyyəsi aşağı düşüb".

Tarix
2025.08.06 / 15:24
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi

Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı

İlham Əliyev və Pelleqrininin geniş tərkibdə görüşü oldu

İlham Əliyev və Pelleqrini Devin qəsrində

İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto

Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı

Bunu diqqətdən kənarda qoymamalıyıq - Prezident

Sahibə Qafarova Arakçı ilə görüşdü

Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi

Bu icra məmurları ilə bağlı mühüm qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla