Yuxarı

Xidmət haqqına görə liftdən istifadəyə qadağa qoyula bilər?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xidmət haqqına görə liftdən istifadəyə qadağa qoyula bilər?

Ali Məhkəmənin Mülki kollegiyası çoxmənzilli yaşayış binalarında liftdən istifadəyə məhdudiyyətin tətbiq edilməsi qaydalarına dair vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Axar.az xəbər verir ki, məhkəmə mübahisəsi cavabdehin MMC ilə çoxmənzilli yaşayış binasının sakinləri arasında binaya xidmətlərin göstərilməsinə dair müqavilələrin bağlanması ilə əlaqədar olub.

Həmin müqavilədə MMC istifadəçilərə kommunal xidmətlər göstərməyi, habelə çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olunmasına yönələn digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürüb. Həmçinin, MMC tərəfindən binadakı liftlərdən kartla istifadə sistemi tətbiq edilib.

Sakinlərdən bir neçəsi xidmət haqqının ödəməməsi səbəbilə MMC tərəfindən liftdən istifadə kartlarının deaktiv edilməsinin qadağan edilməsi barədə iddia qaldırıblar.

Ali Məhkəmənin mübahisə ilə bağlı mövqeyi ondan ibarət olub ki, liftlər bina sakinlərinin ümumi paylı mülkiyyətində olmaqla, bu hüquq mütləq deyil, bina sakinlərinin ümumi yığıncağının qərarı ilə və ya tərəflər arasında bağlanmış müqavilə ilə məhdudiyyətlərə məruz qala bilər.

Baxılan işdə tərəflər arasında bağlanmış xidmət müqaviləsində belə bir məhdudlaşdırıcı əsas mövcud deyil, eyni zamanda mübahisəli çoxmənzilli binaların idarəetmə orqanı olan sahə mülkiyyətçilərinin ümumi yığıncağının da liftdən istifadəyə məhdudiyyətin tətbiq edilməsi ilə bağlı qərarı yoxdur.

Belə olan halda cavabdeh MMC-nin iddiaçıların liftdən istifadələrinə xidmət haqqının ödənilməsinə görə məhdudiyyət (kartın deaktiv edilməsi) tətbiq etməsi onların mülkiyyət hüququna müdaxilədir və Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən iddiaçıların bu müdaxilədən müdafiə hüquqları vardır.

Tarix
2025.08.14 / 10:40
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi

Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı

İlham Əliyev və Pelleqrininin geniş tərkibdə görüşü oldu

İlham Əliyev və Pelleqrini Devin qəsrində

İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto

Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı

Bunu diqqətdən kənarda qoymamalıyıq - Prezident

Sahibə Qafarova Arakçı ilə görüşdü

Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi

Bu icra məmurları ilə bağlı mühüm qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla