Yuxarı

"AzerGold" ekoloji təşəbbüs reallaşdırdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"AzerGold" QSC ətraf mühitin mühafizəsi və yerli icmaların rifahının artırılması məqsədilə növbəti ekoloji təşəbbüs reallaşdırıb.

Cəmiyyət Göygöl rayonunun Zurnabad, Gəncə qəsəbəsi, Daşkəsən rayonunun Quşçu kəndi ətrafında yerləşən torpaq yollara “Dustex” adlı xüsusi toz əleyhinə reagent səpib. Layihə ilkin olaraq 15 kilometrlik yolu əhatə edib.

“Dustex” reagentindən beynəlxalq təcrübədə torpaq yollar, tikinti sahələri və mədən ərazilərində tozun idarə olunması məqsədilə aktiv şəkildə istifadə edilir.

Sözügedən məhlul 100 % təbii tərkibli, ağac və ya digər bitki mənşəli materiallardan alınan ekoloji cəhətdən təhlükəsiz, torpaq və yeraltı su üçün zərərsiz, bioloji parçalanan və təbiətdə iz qoymayan reagent olmaqla xüsusilə quru və küləkli hava şəraitində tozun havaya qalxmasının qarşısını effektiv şəkildə alır.

Bu təşəbbüs kənd əhalisinin sağlamlığına və həyat keyfiyyətinə müsbət təsir göstərməklə yanaşı, bölgədə ekoloji tarazlığın qorunmasına, tozlanmaya qarşı su sərfiyyatının kəskin azaldılmasına xidmət edir.

"AzerGold"un bu təşəbbüsü şirkətin dayanıqlı inkişaf və korporativ sosial məsuliyyət strategiyasının bir hissəsidir. Cəmiyyət bundan sonra da yerli icmalarla məkdaşlıq şəraitində sözügedən layihəni, eləcə də ekologiya və sosial rifah sahəsində müxtəlif təşəbbüslərin icrasını davam etdirəcək.

Tarix
2025.08.14 / 12:07
Müəllif
Axar.az
Digər xəbərlər

Pakistan səfiri: Bu, Əliyevin sayəsində mümkün oldu

İlham Əliyev AB Şurasının prezidenti ilə danışdı

Rusiya Zəngəzurda olmayacaq, İran isə... - Marqaryan

Paşinyan Bakının bu tələbini qəbul etdi

Minsk Qrupunun ləğvi üzrə müzakirələr başlayacaq

Paşinyandan Zəngəzur açıqlaması: İran və Rusiya...

İran Türkiyənin təklifini rədd etdi, nəticədə şoka düşdü - Batur

Arakçı Xovayevi qəbul etdi, Cənubi Qafqazdan danışdı

Qurulevdən Musabəyova cavab: Səs yazısını dinlə, axmaq...

İki vəkilə xəbərdarlıq edildi, birinin isə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla