Yuxarı

FHN-in təşkilatçılığı ilə Ağdamda tədbir keçirildi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN-in təşkilatçılığı ilə Ağdamda tədbir keçirildi - Video

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, “Azəriqaz” İstehsalat Birliyi və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının (AISA) birgə təşkilatçılığı ilə qaz təchizatı sistemlərində təhlükəsizlik və texniki etibarlılıq mövzularına həsr olunmuş “Enerji təhlükəsizliyi görüşü: qaz təchizatında texniki etibarlılıq” adlı tədbir keçirilib.

Axar.az xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd enerji sektorunda təhlükəsizliyin sistemli şəkildə gücləndirilməsi, qaz təchizatı infrastrukturunda texniki etibarlılığın artırılması, potensial risklərin kompleks idarə edilməsi və sahə üzrə peşəkar dialoq mühitinin formalaşdırılmasından ibarət olub.

Tədbirdə qaz şəbəkələrində təhlükəsizlik riskləri, texniki istismar və preventiv xidmət tədbirləri, SƏTƏMM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) prinsiplərinin sənaye fəaliyyətinə inteqrasiyası, habelə dövlət qurumları ilə özəl sənaye sektoru arasında əməkdaşlığın gücləndirilməsi kimi aktual mövzular ekspertlər tərəfindən praktiki təcrübələr və real nümunələr əsasında dəyərləndirilib.

Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, sənaye müəssisələrinin rəhbərləri və sahə üzrə mütəxəssislər də daxil olmaqla 50-yə yaxın iştirakçı yer alıb.

İştirakçılar tərəfindən bölgədə formalaşan yeni sənaye mühitində təhlükəsizlik mədəniyyətinin erkən mərhələdən tətbiqinin mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.

Tarix
2026.04.28 / 18:33
Müəllif
Axar.az
Digər xəbərlər

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla