Yuxarı

ABB yenidən ölkə üzrə “İlin ən yaxşı bankı” seçildi!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABB yenidən ölkə üzrə “İlin ən yaxşı bankı” seçildi!

Dünyanın məşhur “Global Finance” jurnalı “İlin ən yaxşı bankı” mükafatının qaliblərini müəyyənləşdirib.

ABB son 6 ildə 4-cü dəfə ölkə üzrə “İlin ən yaxşı bankı” seçilib. ABB bu mükafata mənfəətliliyinə, son illərdə əldə etdiyi inkişaf göstəricilərinə, məhsul və xidmətlərində tətbiq etdiyi innovasiyalara, xüsusilə süni intellekt sahəsindəki nailiyyətlərinə görə layiq görülüb.

Qiymətləndirmə zamanı ABB-nin fəaliyyəti haqqında səhm, kredit reytinqi analitiklərinin, digər bank ekspertlərinin rəyləri də nəzərə alınıb.

“Global Finance”in müxtəlif regionlar üzrə “İlin ən yaxşı bankı” elan etdiyi maliyyə qurumları arasında Raiffeisen Bank, OTP Bank, UniCredit Bank, Garanti BBVA və s. bu kimi tanınmış banklar da var.

“Global Finance” jurnalı 1987-ci ildən fəaliyyətdədir. Baş ofisi Nyu-Yorkda yerləşir. Jurnal 193 ölkədə 50 mindən çox oxucuya malikdir. Bu auditoriya, əsasən, iri şirkətlərin, o cümlədən beynəlxalq miqyaslı maliyyə qurumlarının qərarverici menecerlərini əhatə edir.

Nəşrin hər il ayrı-ayrı banklara təqdim etdiyi mükafatlar maliyyə dünyasında etibarlılıq və üstünlük standartı kimi qəbul olunur. Bankların seçimi korporativ maliyyə qurumlarının rəhbərləri, bankirlər, texnologiyalar üzrə məsləhətçilər, dünyanın müxtəlif ölkələrindən olan maliyyə analitiklərinin rəyləri nəzərə alınmaqla aparılır. Qaliblərin adları ilə buradan tanış ola bilərsiniz.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.

Tarix
2026.05.04 / 13:48
Müəllif
Axar.az
Digər xəbərlər

Daşkənd İlham Əliyevin səfərinə belə hazırlaşır - Video

ABŞ Azərbaycan vətəndaşları ilə bağlı qadağanı ləğv etdi

Rusiyada köməksiz qalan həmyerlimizlə bağlı açıqlama

Ermənistana 9 vaqon buğda və 1 vaqon propan göndərildi

Rusiyada həbs edilən Ruslan Məmmədovla bağlı maraqlı fakt

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla