Yuxarı

Leyla Əliyeva bu sərginin açılışında iştirak etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Leyla Əliyeva bu sərginin açılışında iştirak etdi

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “Explore Azerbaijan with IDEA” layihəsi çərçivəsində Dənizkənarı Milli Parkda keçirilən “Azərbaycan təbiətinin izi ilə” adlı sərginin açılış mərasimində iştirak edib.

Axar.az xəbər verir ki, sərgidə layihənin fotoqraf və videoqrafı Saleh Baxşiyev tərəfindən Azərbaycanın müxtəlif milli parklarında lentə alınan 30 fauna növünə aid fotoşəkillər nümayiş olunur. Təqdim edilən fauna növlərinin böyük hissəsi Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilib.

Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgi IDEA İctimai Birliyi, Dənizkənarı Bulvar İdarəsi və Bakı Zooloji Parkının tərəfdaşlığı ilə keçirilir. Bir ay davam edəcək sərgi çərçivəsində şəhər sakinləri və paytaxtın qonaqları Azərbaycanın zəngin biomüxtəlifliyini əks etdirən fotoşəkillərlə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Qeyd edək ki, Leyla Əliyevanın təşəbbüsü ilə 2025-ci ildə fəaliyyətə başlayan “Explore Azerbaijan with IDEA” layihəsinin əsas məqsədi Azərbaycanın canlı aləminin təkrarolunmaz gözəlliklərini yerli və beynəlxalq auditoriyaya tanıtmaq, həmçinin ölkəmizin təbiətinin özünəməxsus zənginliyini əks etdirən multimedia bazası formalaşdırmaqdır.

“Explore Azerbaijan with IDEA” təkcə maarifləndirici layihə deyil, həm də təbiətin qorunması və gələcək nəsillərə ötürülməsi üçün çağırışdır.

Azərbaycan təbiətinə məxsus eksklüziv foto və videoməzmunları layihənin rəsmi sosial media səhifələrindən izləmək mümkündür.

İnstaqram: https://www.instagram.com/explore.aze

Feysbuk: https://www.facebook.com/explore.aze

Yutub: https://www.youtube.com/@exploreazerbaijan.withidea

Tarix
2026.05.04 / 23:33
Müəllif
Axar.az
Digər xəbərlər

Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan

Ağ Ev Ərdoğan adından paylaşdı - Ankara sildirdi

Azərbaycan Pakistana başsağlığı verdi

İran səfiri konsulumuza görə başsağlığı verdi

Azərbaycan dəmir yolu Ermənistana açıqdır – Paşinyan

Bu kəndlərin Azərbaycana qaytarılmasından 2 il ötür

Naxçıvan hava limanı niyə riskli sayılır? – Səbəb

AZAL rəhbəri aviabiletlərin qiymətindən danışdı

Rusiya AZAL-a görə kompensasiyanı nə vaxt verəcək?

Bayrağımızı yerdən qaldıran məktəbli mükafatlandırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla