Yuxarı

“Cip” sürücüsünə qarşı quldurluq edənlərə ağır cəza - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Cip” sürücüsünə qarşı quldurluq edənlərə ağır cəza - Video

Quldurluqda təqsirləndirilən Rauf Salmanzadə və Tural Eyvazovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə onlara hökm oxunub.

Hökmə əsasən, Rauf Salmanzadə və Tural Eyvazov 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, dövlət ittihamçısı Vüsal Mehrəliyev ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxslərin 12 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin yaydığı məlumata görə, 2025-ci il fevralın 7-də gecə saatlarında paytaxtın Nizami rayonu ərazisində 30 yaşlı kişiyə qarşı quldurluq hadisəsi törədilib.

Zərərçəkən polisə müraciət edərək bildirib ki, idarə etdiyi "Cip" markalı avtomobildə əyləşən şəxslər onu kəsici-deşici alətlə hədələyərək 235 manat pulunu və mobil telefonunu ələ keçiriblər.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı hadisənin baş verdiyi ərazidəki təhlükəsizlik kameralarının görüntüləri təhlil edilib.

Nəticədə quldurluq əməlini törətməkdə şübhəli bilinən Rauf Salmanzadə və Tural Eyvazov müəyyən olunaraq saxlanılıblar.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 181.2.1 (quldurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) və 235-ci (Narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını talama və ya hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb.

Tarix
2026.05.12 / 17:17
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İtaliya prezidentini təbrik etdi

İran bu 3 tələbdən çəkilməyəcək – Türk general

Tramp onu Azərbaycana səfir göndərmək istəyir

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

Azərbaycan XİN İtaliyanı təbrik etdi - Foto

Regional enerji əməkdaşlığının yeni mərhələsi formalaşır

Qərb və Rusiya Ermənistanda 7 iyunda “yarışacaq”

Məsud Özil Bakıdan paylaşım etdi - Foto

Bakı və Vaşinqton arasında mühüm müzakirə aparıldı

Bakıda 8 milyardlıq müqavilələr imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla