Yuxarı

Bakı Xuruşşovun yadigarıyla nə vaxt vidalaşacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hansı binalar ki, öz ömrünü başa vurub, həmin binalar siyahıya alınıb və onların sökülməsi nəzərdə tutulub. ”Xruşşovka"ların yerində yeni binaların tikilməsi isə tikinti şirkətlərinə tapşırılacaq. Hansı şirkət müəyyən olunmuş yerə sərmayə qoymaq qərarına gəlsə, yəqin ki, o zaman söküntü-tikinti işləri aparılacaq. Ancaq son dövrlər tikinti şirkətləri maliyyə sıxıntısı yaşadığı üçün bu məsələ həll olunmamış qalıb. Güman edirəm ki, müəyyən müddətdən sonra layihələrin icrasına başlanılacaq. Metronun “Qara Qarayev” stansiyasının yaxınlığında ötən il ikimərtəbəli binalardan bəziləri sökülüb, yerlərində isə hündürmərtəbəli binalar tikilir. Şirkətlərin həmin layihələri icra etməkdə həvəsli olmalarının səbəbi də budur ki, ikimərtəbəli binalar daha az xərc tələb edir. “Xruşşovka”larda isə belə deyil.

Axar.az xəbər verir ki, tikinti üzrə ekspert Nüsrət İbrahimov məsələ ilə bağlı Müsavat-a açıqlama verib.

Ekspert bildirib ki, Fövqəladə Hallar Nazirliyi həmin binalara texniki baxış keçirib. Bakıda yerləşən bütün “xruşşovka”ların sökülməsi nəzərdə tutulmayıb:

“Bu binaların hamısını birdən sökmək mümkün deyil. Buna maliyyə vəsaiti və digər imkanlar çatmaz. Binaları 1960-cı illərdə tikən zaman bildirirdilər ki, bunların istismar müddəti 25 ildir. Lakin sonradan 25 il də artırıb, qeyd etdilər ki, binalar 50 il istifadə oluna bilər. İndi isə artıq həmin 50 il də tamam olub. Ümumiyyətlə, suvağın, sementin də müəyyən bir ömrü var. Bu tikinti materiallarının da ömrü 45-50 ildir. Buna görə də ya biz binaları tamamilə əsaslı təmir etməliyik, yaxud da söküb, yenidən tikməliyik. Təhlillər göstərir ki, əsaslı təmir etmək, yeni bina tikməkdən baha başa gəlir. Ona görə də yeni binaların tikilməsi ehtimalı daha məqsədəuyğundur. Bildirilir ki, ”xruşşovka"lar insanlarda hansısa xəstəlik yaradır. Ancaq düşünürəm ki, bu, belə deyil. Bu binaların böyük əksəriyyəti daşdan tikilib. Daş binalarda isə nəmişlik problemi olmur. Sadəcə olaraq, bu binalarda fiziki cəhətdən aşınma çoxdur. Binaların çatışmayan tərəflərindən biri də budur ki, tavanı alçaqdır. Bu gün mövcud standarta görə yaşayış üçün yararlı 2.7 metr və bundan hündür tavanın olması nəzərdə tutulur. “Xruşşovka”larda isə bu rəqəm 2.55 metrdir. Nəmişlik əsasən fransız layihələrində olur. Bu binalar “xruşşovka”lardan da balacadır".

Ekspert bildirib ki, Bakıda insanların özləri də bu binaların istismar müddətinin tez bitməsinə təsir edən addımlar atıblar:

“Əksər binaların qarşısında artırmalar tikiblər. Bunun özü də binanın istismar müddətinin tez başa çatmasına təsir göstərir. Bunlar binaya kənardan müdaxilədir və artırma üçün binanın bəzi aparıcı konstruksiyalarını sökürlər. Bu, binanın seysmik kəmərini zədələyir. Bu isə binanı daha da təhlükəli vəziyyətə salır”.

İqtisadçı ekspert Natiq Cəfərli isə mövzu ilə bağlı bildirib ki, bu binaların tikilməsi üçün milyonlarla vəsait lazım olacaq. Ekspert əsas problemin məhz maliyyə olduğunu bildirib.

Xatırladaq ki, SSRİ rəhbəri Nikita Xruşşovun (1953-1964) dönəmində Azərbaycan da daxil olmaqla, bir çox müttəfiq respublikalarda bu binalar inşa edilmişdi. 1960-cı illərdə tikilən “Xruşşovka” binalarının istismar müddəti cəmi 25 il nəzərdə tutulub. Hazırda isə bəlli olduğu kimi, paytaxt Bakıda xeyli sayda əhali məhz bu tip binalarda yaşayır.

Tarix
2017.03.03 / 10:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla