Yuxarı

İxtisas seçimində nələrə diqqət yetirməliyik? - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İxtisas seçimi zamanı ilk olaraq 4 il universitetdə təhsil alacaq, gələcək kariyerasını formalaşdıracaq olan abituriyentin fikrini nəzərə almaq lazımdır.

Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov söyləyib.

Ekspert bildirib ki, artıq 2016-2017 tədris ili üçün qəbul imtahanları başa çatıb:

“Bundan sonra ən ciddi məqam keçid balını toplayan abituriyentlərin ixtisas seçimidir. Bu il ali məktəblərə qəbul yerlərində müəyyən qədər artım olub. Hazırda ali məktəblərin bakalavr pilləsinə qəbul plan yeri 43 mindir. Lakin müsabiqə şərtini ödəyən abituriyentlərin sayı bundan azdır. Buna baxmayaraq, abituriyentlər ixtisas seçimində diqqətli olmalıdırlar. İxtisas seçimində diqqət edilməli bəzi məqamlar var. Bunlar abituriyentin seçdiyi fakültədə oxumaq üçün bilik və bacarığının olub-olmaması, seçdiyi ixtisasda oxumağa onun fiziki, psixoloji vəziyyətinin uyğun gəlib-gəlməməsi (məsələn, cərrahiyyə ixtisası), seçdiyi ixtisasa hazırda əmək bazarında tələbatın olub-olmamasıdır”.

Ekspertin sözlərinə görə, ixtisas seçimini yaradan əsas problemlərdən biri də valideynlərin buna müdaxilə etməsidir:

“Buna görə də ali məktəbə qəbul olan abituriyentlərin 30-40%-i istədiyi ixtisası seçə bilməməyindən şikayətlənir. Təəssülər olsun ki, Azərbaycanda ixtisas seçimi zamanı valideynin fikirləri daha üstün olur. Bəzi valideynlər təkidlə uşaqlarının əmək bazarının tələbatını ödəməyən ənənəvi ixtisasları seçməsini istəyir. Məsələn, müəllimlik, cərrahiyyə, maliyyə, hüquq, müalicə işi. Ancaq bunu başa düşmək lazımdır ki, ölkədə hər kəs həkim, hüquqşünas, müəllim və s. ola bilməz. Valideynlər ixtisas seçimi zamanı əsasən qohum-əqrəba, qonşu arasında övladını reklam etmək üçün belə ənənəvi ixtisasları seçir. Bunun nəticəsidir ki, hazırda universitetlərimizdə boşuna vaxt keçirmək üçün gedən tələbələrin sayı kifayət qədər çoxdur. Belə tələbələr universiteti bitirdikdən sonra işlə təmin olunmada da problemlər yaşayır. Hazırda Azərbaycanda əmək bazarında sadəcə müəyyən qism insanlar öz ixtisası üzrə çalışır. Məzun olmuş tələbələrin əksəriyyəti qeyri-ixtisas sahələrdə çalışır”.

K.Əsədov kifayət qədər yeni və prespektivli ixtisasların yarandığını da qeyd edib:

“Məsələn robot texnologiyaları, regionşünaslıq, kənd təsərrüfatı və iqtisadiyyat sahəsində yeni yaradılan bir çox ixtisasları buna misal göstərə bilərik. Nəzərə almaq lazımdır ki, yeni yaradılan ixtisaslara əmək bazarında tələbat da yüksək olur”.

Tarix
2017.07.28 / 08:30
Müəllif
Firuzə Vahidqızı
Digər xəbərlər

Nikolun Azərbaycanı təbriki və 2 erməninin sərhədi keçməsi…

Azərbaycana keçən ermənilər geri qaytarıldı

Səfirimizdən Vardanyanın lobbiçiliyini edənlərə cavab

Ukrayna əməliyyat hazırlayır: Putinə rahatlıq olmayacaq

Paşinyan Azərbaycan xalqını təbrik etdi

Azərbaycan XİN İsveçi təbrik etdi

Azərbaycan və Ermənistan müxalifətçiləri görüşdü - Video

Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq

Azərbaycanın yaşıl enerji siyasəti ölkənin əsas prioritetlərindən biridir

Trampın anonsu: Putin necə qisas alacaq? – Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla