Yuxarı

"Lotu Yunus" xəstəxanaya aparıldı - Vəziyyəti ağırdır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün əvvəl Rusiyanın Ulyanovsk şəhərində polis tərəfindən saxlanılan azərbaycanlı "qanuni oğru" Yunus Novruzovun səhhətində ciddi problemlər yaranıb. "Qanuni oğru"nun yaxınlarının verdiyi məlumata görə, Rusiyanın Ulyanovsk şəhərində müailicə olunuan ''Lotu Yunus''un vəziyyəti qəfil pisləşib və xəstəxanaya yerləşidirilib. Hazırda o, reanimasiyada ciddi nəzarət altındadır.

Kriminal.az xəbər verir ki, dünən onun məhkəməsində ölkədən deportasiya olunmasına baxılmalı idi. Qəfil səhhətinin pisləşməsinə görə məhkəmə təxirə salınıb.

''Lotu Yunus''un yaxınları bildirdi ki, onu Azərbaycana gəlməsinə qadağa qoyulub. Ağır xəstə olan ''Lotu Yunus'' yaxınlarının, oğlunun yanında olmaq arzusundadır.

Xatırladaq ki, kriminal dairələrdə Yunus Bakinskiy və ya Yunus Yasamalskiy kimi tanınan titullu "qanuni oğru"nun həbsxanada baltalanan zaman başından aldığı xəsarətin fəsadları hələ də getməyib. Ona görə də, o, müalicə olunur. Bir neçə gün əvvəl Rusiyanın hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən ''Lotu Yunus'' saxlanılsa da, 1 gün sonra sərbəst buraxılıb.

“Qanuni oğru” Bakıda cəzaçəkmə müəssisələrində 20 ildən çox saxlanılıb və hələ 1984-cü ildə ad alıb.

2008-ci ildə Yunus Bakinskiyə sui-qəsd olub. Oktyabr ayının 15-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 1 saylı koloniyasında cəza çəkən 1982-ci il təvəllüdlü Vəfadar Mirzəyev yatan Yunus Nəzərova balta ilə zərbə endirib.

Tarix
2017.08.14 / 16:00
Müəllif
Axar.az
Digər xəbərlər

Özbəkistandan Azərbaycan vətəndaşlarına jest

Səfirliyimizə hücum edən şəxs edam olundu

Əli Əsədov yeni qərar imzaladı

Gec-tez təklifimizlə razılaşmağa məcbur olacaqlar - Əliyev

Lavrova İrəvanda şok: “Putin qatildir” şüarı ilə qarşılandı

Bakıda mühüm tədbir keçirildi

Əliyevlə Orban mətbuata birgə bəyanatla çıxış etdi - Foto

Numan Qurtulmuş Ədalət Vəliyevlə görüşdü

Əliyevlə Orbanın geniş tərkibdə görüşü oldu - Foto

Macarıstanın tələbatı səviyyəsində qaz təminatı... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla