Yuxarı

Hansı evlərin tikintisinə icazə lazım deyil? - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Tikinti standartlarında belə bir norma var ki, tikilən binalar arasındakı məsafə divarın hündürlüyünün ən azı 1/3-dən az olmamalıdır".

Bunu Axar.az-a Milli Məclisin "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanuna dəyişiklik etməsini şərh edən hüquqşünas Samir İsayev bildirdi:

"Əslində, həyətyanı torpaq sahələrində fərdi evlərin tikintisi üçün icra hakimiyyətindən icazə alınması ilə bağlı maddə "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanundan çıxarılmışdı. Sadəcə, vətəndaş tikdiyi evin sxemini və planını məktub vasitəsi ilə, yaxud birbaşa icra hakimiyyətinə təqdim etməlidir. Bir ay ərzində hansısa münasibət bildirilməsə, həmin şəxs öz işini görə bilər. Bu, sadəcə, məlumatlandırma xarakteri daşıyır. Bu, ancaq hündürlüyü 12 metrə və 3 mərtəbəyə qədər olan binalara şamil edilirdi. Bundan hündür binalar umun isə xüsusi və genişmiqyaslı araşdırma tələb olunur. Bu məcəllədə mühüm bir məsələ diqqətdən kənarda qalmışdı. O da qonşu binalar arasında məsafə idi. Bu dəyişikliklə qonşu tikililər arasındakı məsafə də dəqiqləşdirildi. Tikinti standartlarında belə bir norma var ki, tikilən binalar arasındakı məsafə divarın hündürlüyünün ən azı 1/3-dən az olmamalıdır. Əgər binanın hündürlüyü 3 metrdirsə, deməli, qonşu bina ilə arasındakı məsafə ən azı 1 metr olmalıdır. İnsanların evlər arasındakı məsafəni bilməməsi onlar müəyyən problem yaradırdı. Bu isə icra strukturlarının əlinə fürsət verirdi".

Ekspert hesab edir ki, qanunvericilikdə bu dəyişikliyin edilməsi bəzi işbazların bazarını da öldürəcək:

"Bu dəyişikliyi əhəmiyyəti həm də ondan ibarətdir ki, Bakı şəhəri və onun ətrafında çalışan bəzi işbazların bazarı bağlanacaq. Çünki onlar Sulutəpə və bu kimi ərazilərdə torpaqlar alıb, biri-birinə bitişik evlər tikib insanlara satırdılar. Məsələn, insanlara 2 sot torpaq satırdılar və insanlar o torpaqda binalar tikirdi. Məhz bu dəyişiklik həmin proseslərə məhdudiyyətlər yaradacaq. Qısa şəkildə desək, bu dəyişiklik Bakıda yeni sovetskilərin yaranmasına mane olacaq və şəhərdə sanitar tikinti normalarına əməl edilməsi üçün şərait yaradacaq. Xutor, Sovetski, Montin və Papanin kimi ərazilər məhz belə normalara riayət olunmadığından yaranıb".

S.İsayev məcəllədə dəyişiklik edilənə qədər sanitar tikinti normalarına əməl olunmadan tikilən evlərin taleyinin necə olacağına da aydınlıq gətirdi:

"Bayaq dediyim kimi, tikinti ilə bağlı icra hakimiyyəti məlumatlandırılmalıdır. Əgər vətəndaş tikintiyə başlamazdan öncə lazım olan sənədləri məlumatlandırma üçün müvafiq icra strukturuna göndərərsə, bu dəyişiklik onlara şamil edilməyəcək. Amma yox, əgər həmin binanı özbaşına tikiblərsə, bu zaman həmin tikili qanunsuz hesab olunur".

Xatırladaq ki, Milli Məclisin ötən gün keçirilən növbədənkənar plenar iclasında müzakirə edilən "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Qanun layihəsinə əsasən, barəsində məlumatlandırma icraatı təqdim edilən yaşayış evlərinin ara məsafəsi divarın hündürlüyünün 0,3 hissəsini təşkil etməlidir. Məlumatlandırma icraatı mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırmalarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi zamanı tətbiq edilir. Belə binaların tikinti layihəsi üçün yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur. Onların tikintisinə icazənin verilməsi tələb olunmur.

Tarix
2014.06.21 / 19:06
Müəllif
Tural İbadov
Digər xəbərlər

Nikolun Azərbaycanı təbriki və 2 erməninin sərhədi keçməsi…

Azərbaycana keçən ermənilər geri qaytarıldı

Səfirimizdən Vardanyanın lobbiçiliyini edənlərə cavab

Ukrayna əməliyyat hazırlayır: Putinə rahatlıq olmayacaq

Paşinyan Azərbaycan xalqını təbrik etdi

Azərbaycan XİN İsveçi təbrik etdi

Azərbaycan və Ermənistan müxalifətçiləri görüşdü - Video

Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq

Azərbaycanın yaşıl enerji siyasəti ölkənin əsas prioritetlərindən biridir

Trampın anonsu: Putin necə qisas alacaq? – Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla