Yuxarı

“Reket jurnalist” işi: Mən 50 manat almıram

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Reket jurnalist” işi: Mən 50 manat almıram

“Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onu müavini Hikmət Nəcəfli, eləcə də Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Maarif Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən Maarif Abbasov ifadə verib.

O deyib ki, istintaqda Surxay Əliyevlə üzləşmək istəsə də, müstəntiq etməyib:

"Rəna xaricə qaçmışdı, mən onunla üzləşmək istədim, etmədilər. Bircə Hikmətlə üzləşmişəm, o da əli qandallı gəlmişdi. Mən dedim Hikmət nə deyibsə, odur. Çingiz İbadov və Rasim Hüseynovla da üzləşmək istədim, etmədilər. Hamısı xaricə qaçırılıb".

Maarif Abbasov masaj salonu epizodu üzrə də danışıb: "Mən qəzet redaktoruyam, materiallar mənə göndərilib. Turalla, Şahinlə tanışam, çörək yemişik. Pul istəsəydim onlardan alardım. Masaj salonunda çəkiliş etməmişəm, çəkilişdə iştirak da etməmişəm. Sadəcə çəkiliş olunub, o materiallar mənə verilib. Bu gün o salon fəaliyyət göstərmir. Həmin adamların çəkiliş etməkdə məqsədləri o idi ki, jurnalistlərin ayağı oradan çəkilsin. 10-a yaxın jurnalist ora gedib yeyib içib pul vermirdilər".

Maarif Abbasov bütün epizodlar üzrə özünü təqsirli bilmədiyini deyib:

"Biz istintaqda istənilən ifadəyə qol çəkirdik ki, oradan çıxaq. Çünki burdakı kimi sərbəstlik yox idi. İndi də bunun izahını veririk. İstintaqa verdiyim ifadəmi təsdiq etmirəm. Heç kimi hədələməmişəm, mətbuatda rüsvay edəcəyimi deməmişəm. Orda yazılıb həkim Orxan Abbaslıdan 50 manat almışam. Bu işlə bağlı Yasamal polisində şikayət olmuşdu, xitam verilmişdi. DTX-nın müstəntiqi ora zəng edib işi yenilədiyini dedi. Mən pul alanda 50 manat almıram. Mən burada içimdəki sözləri dedim, bundan sonra nə cəza versəniz "çox sağolun" deyəcəm.

Daha sonra məhkəmə istintaqı tamamlanıb, prokuror cəza istəməyə hazır olmadığını bildirib və vaxt istəyib.

Növbəti proses mayın 3-də davam edəcək.

İttihama görə, ölkədə insanları şantaj edən media orqanları rəhbərləri və əməkdaşları ilə bağlı Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılan istintaq-əməliyyat tədbirləri çərçivəsində cinayəti başlanıb.

Aparılan araşdırmalarla "Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və müavini Hikmət Nəcəfli də həbs olunub.

İstintaq araşdırması zamanı digər təqsirləndirilən Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Maarif Abbasovun Surxay Əliyevlə cinayət əlaqəsinə girdikləri məlum olub. Sevinc Məmmədsalayeva isə daha əvvəl hədə-qorxu ilə tələb etmədə təqsirləndirilərək 6 il müddətinə azadlıqdan məhrum edilib. O, hazırda 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.

Tarix
2018.05.01 / 14:12
Müəllif
Hacı Zeynalov
Digər xəbərlər

Vardanyanın müraciətləri araşdırıldı

Rusiya bu şəxsi Azərbaycana ekstradisiya etdi

PA rəsmisinin Azıx mağarasından paylaşımı - Video

Azərbaycan dünyanın ən güclü tank qüvvələri reytinqində...

İlham Əliyev Tokayevi təbrik etdi

Türkiyə geri çəkiləcək və NATO savaşa girəcək - Özər

İsveçin İrandakı səfirliyi Bakıda fəaliyyət göstərir

Gevorkyan Azərbaycan benzinindən danışdı: Təəssüf...

Ankara və Bakını münaqişəyə cəlb etməyə çalışırlar

Qlobal enerji qiymətlərində kəskin artım: Azərbaycana təsiri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla