Yuxarı

SOS: Kürün suyundan içənlər bunu mütləq görməlidir - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
SOS: Kürün suyundan içənlər bunu mütləq görməlidir - Foto

Bakıda içməli, keyfiyyətli su problem olaraq qalmaqdadır.

Axar.az xəbər verir ki, paytaxt əhalisinin əksəriyyəti keyfiyyətsiz, tərkibi mikroblarla dolu zərərli su içmək məcburiyyətində qalır. Son 10 ildə dövlət büdcəsindən əhalinin içməli su təchizatına 2,6 milyard dollar xərclənsə də, problem hələ də qalmaqdadır.

Əhalidə müxtəlif xəstəliklərin aşkarlanması, böyrəkdə daş əmələ gəlməsi də keyfiyyətsiz sudan istifadənin nəticəsidir. Mütəxəssislər 1 milyard büdcəsi olan "Azərsu" ASC-nin problemi asanlıqla həll etmək gücündə olduğunu iddia edirlər. Ancaq Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə veriləndən sonra da problem həllini tapmayıb. Əlbəttə, Bakıda əhalinin artmasına baxmayaraq, Sovet dövrü ilə müqayisədə daha çox sakinin fasiləsiz su ilə təminatında ciddi irəliləyişlər var, amma içməli, təmiz su hələ də problemdir.

Ona görə də paytaxt sakinləri içməli su problemini alternativ qaynaqlar hesabına həll etməyə məcbur olur - əhalinin bir qismi yemək və çay üçün lazım olan suyu mağazadan alır. Bu də sadə vətəndaşlar üçün izafi xərcdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi içməli su kimi istifadə edilən Kür çayının son vaxtlar Gürcüstan ərazisində ciddi çirklənməyə məruz qaldığını bildirir. Azərbaycan ərazisində də ciddi çirklənmə mənbəyi var.
Şəhərdə fəaliyyət göstərən "Aura" şirkəti əməkdaşlarının Bakıda mənzilləri gəzərək keçirdiyi eksperimentlər bu baxımdan heyrətamizdir. Axar.az əməkdaşının iştirakı ilə keçirilən belə bir eksperiment zamanı "Aura" nümayəndəsi təklif etdikləri Almaniya istehsalı olam 5 filtrli qurğuda suyu təmizləyib və stəkana töküblər. Məlum olub ki, əslində bizim içdiyimiz su normadan 8 dəfə artıq çirklidir. Daha dəqiq desək, içdiyimiz su yox, palçıqdır.

Həmin qurğudan süzülən təmiz su ilə gündəlik içdiyimiz su arasındakı fərqlərin fotosunu oxuculara təqdim edirik. Bu şəkildə gündə nə içdiyimizi görüb dəhşətə gəlməmək olmur.

Tarix
2014.12.08 / 22:37
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Dünya niyə Əli Kərimlini müdafiə etmir? - Mühüm səbəb

İran XİN-dən Azərbaycanla bağlı açıqlama...

Abbas Arakçı Azərbaycana gəldi - Foto

Tramp Zəngəzur dəhlizinin açılmasında maraqlıdır – Vəliyev

Hacıyev və Qriqoryanın müzakirəsi - Video

İlham Əliyev Qırğızıstan nümayəndə heyəti ilə görüşdü

ABŞ-ın Təhlükəsizlik Strategiyasında Azərbaycan adı...

Arakçı Azərbaycandan sonra bu ölkələrə gedəcək

Xalqlarımızı sülhə hazırlamalıyıq – Hikmət Hacıyev

Hikmət Hacıyev KƏŞ-in baş katibi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla