Yuxarı

Qafqaz zubrları Azərbaycan təbiətinə buraxıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:33

İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi tərəfindən birgə həyata keçirilən “Zubrların Azərbaycana reintroduksiyası” proqramı çərçivəsində ölkəyə gətirilmiş zubrların mayın 21-də Şahdağ Milli Parkının İsmayıllı bölməsinə aid olan hissəsində onlar üçün yaradılmış xüsusi əraziyə buraxılması mərasimi keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və digər qonaqlar iştirak ediblər.

Vaxtilə ölkəmizdə nəsli kəsilmiş vəhşi öküz - Qafqaz zubru növündən olan 8 baş heyvan mayın 16-da Fransa və Belçika zooparklarından Azərbaycana gətirilib. Onlar üçün Şahdağ Milli Parkının İsmayıllı bölməsində xüsusi ərazi yaradılıb. Heyvanlar bir müddət bu ərazidə adaptasiya dövrü keçdikdən sonra Şahdağ Milli Parkına buraxılacaq. Əraziyə bu il daha 12 baş zubrun gətirilməsi də nəzərdə tutulur.

Yerli sakinlər və məktəblilər də zubrlara xüsusi maraq göstərərək tədbirə qoşulub, nəsli tükənmək təhlükəsi altında olan növlərin bərpası istiqamətində aparılan işlərlə tanış olub və öz dəstəklərini nümayiş etdiriblər. Eyni zamanda, tədbirə qatılan yerli gənc təbiətsevərlərə zubrların Azərbaycanda tarixi, onların təbiətdə rolu və mühafizəsi haqqında mühazirələr təşkil olunub.

Zubrlar vaxtilə Avrasiyada çox geniş arealda yayılsa da, ötən əsrin əvvəllərində vəhşi təbiətdə nəsli, demək olar ki, kəsilib. Qafqaz dağlarında sonuncu zubr 1927-ci ildə öldürülüb. Hazırda dünyada mövcud olan zubrların böyük əksəriyyəti zooparklarda artırılıb və bu yolla növün bərpasına yönəlmiş səylər davam etdirilir. Vəhşi öküzlər güclü, cüssəli heyvanlardır və qədim zamanlardan insanlar tərəfindən güc rəmzi kimi qəbul olunub.

İDEA İctimai Birliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan nümayəndəliyi ilə birgə ölkəmizdə nadir növlər olan Qafqaz bəbiri, ceyran və zubrların populyasiyasının bərpası istiqamətində uğurlu layihələr icra edir.

Zubrların Azərbaycanda biomüxtəlifliyinin daha da zənginləşdirilməsi və meşə ekosistemlərinin inkişafında potensial rolunu nəzərə alaraq layihənin təşkilatçıları ölkəmizin şimal bölgələrində yaşayan əhalini və ümumiyyətlə respublika ictimaiyyətini Qafqaz zubrlarının təbiətimizə qaytarılması, onların mühafizəsi və qanunsuz ovlanmasının qarşısının alınması işinə dəstək olmağa çağırırlar.

Tarix
2019.05.22 / 16:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla