Yuxarı

YAP-da Nəsimiyə həsr olunmuş sərgi keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
YAP-da Nəsimiyə həsr olunmuş sərgi keçirdi

Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında “Nəsimi ili” ilə bağlı “Nəsimi gənc rəssamların gözü ilə” adlı sərginin açılış mərasimi keçirilib.

Axar.az xəbər verir ki, mərasimdə çıxış edən YAP icraçı katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, vaxtilə ümumilli lider Heydər Əliyev tərəfindən incəsənətə göstərilən diqqət bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir:

“Bilirsiniz ki, Azərbaycan Prezidenti tərəfindən bu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı fərman imzalanıb. Həmçinin, bu il Nəsiminin 650 illik yubileyi qeyd olunur. Bu çərçivədə ölkəmizdə çoxsaylı tədbirlər keçirilir. Xüsusilə qeyd etmək istərdim ki, Yeni Azərbaycan Partiyasının sədr müavini, birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən Azərbaycan mədəniyyətinə, incəsənətinə çox böyük diqqət və qayğı göstərilir. Azərbaycanın bütün rəssamları ilə işlər aparılır, onların sərgiləri təşkil olunur, əsərləri bütün dünyaya tanıdılır. Müxtəlif ölkələrdə Azərbaycan günləri keçirilir. Aərbaycanın mədəniyət nümunələrinin UNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsi ölkəmizin dünya ölkələri arasında apardığı mədəniyyətlərarası dialoqun bariz nümunəsidir”.

Heykəltəraşlıq Akademiyasının rektoru Ömər Eldarov sərgini Nəsimi ili çərçivəsində keçirilən mühüm tədbirlərdən biri adlandırıb. O qeyd edib ki, rəssamlar bu əsərləri Nəsimi yaradacılığını duyaraq, onu dərindən mənimsəyərək ərsəyə gətiriblər. O, Azərbaycan rəssamlarının və heykəltəraşlarının keçmiş sovet məkanında və hətta dünyada ən istedadlı rəssam və heykəltəraşlardan olduqlarını vurğulayıb.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Nəsimi yaradıcılığının öyrənilməsinin ümumilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. O qeyd edib ki, məhz Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə böyük şairin anadan olmasının 600 illlik yubileyi təntənəli şəkildə qeyd olunub:

“Nəsiminin adının əbədiləşdiirlməsi, Nəsimi ilə bağlı filmin çəkilməsi də həmin dövrə təsadüf edir. Bilirsiniz ki, bu il Azərbaycanda “Nəsimi ili”dir. İl ərzində bu istiqamətdə çoxsaylı tədbirlər keçirilib. Bu tədbir də həmin silsilədən olan bir tədbirdir. Bundan sonra da bir neçə tədbirin keçirilməsi nəzərdə tutulub”.

Tarix
2019.11.27 / 12:03
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla ABŞ TRİPP-in icrası məsələlərini müzakirə etdi

CNN-in Azərbaycanla bağlı uydurma yazısı - Foto

İqlimi dəyişdirən gizli texnologiyalar...

Şimali Kiprin baş naziri Azərbaycanı təbrik etdi

Əli Əsədov Şimali Kiprin baş naziri ilə görüşdü

Zülfüqarovdan ermənilərə: Etməyin, məsləhət görmürəm!

Rusiyada səssiz hakimiyyət dəyişikliyi baş verir - FT

Bunu Əliyev, Paşinyan, Magyar, Sandu bacardı - Saakaşvili

Azərbaycan getdikcə bu modeli izləyir - Hacıyev

Onlar ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla