Yuxarı

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirildi

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Kollegiyadan Axar.az-a bildiriblər ki, iclası giriş sözü ilə açan sədr Anar Bağırov qurumun fəaliyyəti, o cümlədən vəkilliyə qəbul üzrə keçirilən ixtisas imtahanlarının gedişi barədə məlumat verib.

İclasda “Vəkillərə (müdafiəçilərə) dövlət hesabına göstərilən hüquqi yardım haqqının Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən ödənilməsi prosedurları üzrə sənədləşmə işlərinin aparılması barədə Təlimat” layihəsinin ilkin müzakirəsi keçirilib, habelə vəkillərin futbol liqasının Əsasnaməsi təsdiqlənib.

Daha sonra vəkillərin başqa vəkil qurumuna keçməsi, bir neçə vəkilin mükafatlandırılması ilə bağlı məsələlərə baxılıb. Bundan başqa, Balakən və Qazax rayonlarında vəkil bürolarının təsis edilməsi ilə bağlı müraciətlərə baxılaraq müsbət qərar qəbul olunub.

İclasda, həmçinin vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillərin növbətçilik siyahıları təsdiqlənib. Həmçinin bir sıra intizam məsələlərinə baxılıb, müvafiq qərarlar qəbul edilib.

Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən cari məsələlər müzakirə olunub.

Tarix
2019.11.28 / 14:24
Müəllif
Axar.az
Digər xəbərlər

Bunu yaxşı bilən ölkələrdən biri Azərbaycandır - Şakarişvili

Rusiya MN rəhbəri Azərbaycana gələcək

Rusiya buna görə Əliyevə minnətdardır - Putin

Tokayev bu il Azərbaycana gələcək

Bayramov Arakçı ilə danışdı

Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil

Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

Azərbaycanla yenidən əməkdaşlığı zəruri hesab edirik

Rubiodan Azərbaycan açıqlaması: Bu səhifə bağlandı

Rusiyanın Ermənistan qərarı Azərbaycana dərs olmalıdır

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla