Yuxarı

YAP-ın sədr müavini: Qərar verdik ki... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:49

Yeni Azərbaycan Partiyasının (YAP) inzibati binasında YAP-ı Milli Məclisdə təmsil edən deputatların iştirakı ilə keçirilən iclas başa çatıb.

Axar.az xəbər verir ki, deputatlar artıq iclas zalını tərk ediblər.

YAP-ın intizarla gözlənilən mətbuat konfransı başlayıb.

Mətbuat konfransında partiyanın icraçı katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı da iştirak edir.

Ə.Əhmədov bildirib ki, Azərbaycan cəmiyyətində YAP-a, onun qəbul etdiyi qərarlara həmişə böyük hörmət olub:

“Bu gün YAP Azərbaycanın siyasi həyatı üçün önəmli qərar qəbul edib. YAP-ın Siyasi Şurası bu gün keçirilən iclasında Azərbaycan parlamentində islahatların davam etdirilməsi ilə əlaqədar məsələləri müzakirə edib. Prezidentin islahatlar konsepsiyasını YAP da dəstəkləyir. Bu islahatlara öz töhfələrini verir. İslahatlar bir çox sahələri əhatə edir. Bunlar iqtisadiyyatın şaxələndirilməsinə xidmət edir. Bunların zəminində sosial inkişafın təmin edilməsi dayanır. 2019-cu ili islahatların daha dinamik xarakter aldığı il kimi xarakterizə etmək olar. Bundan sonra da islahatların həyata keçirilməsi xətti davam etdiriləcək”.

Əli Əhmədov qeyd edib ki, islahatlar geniş xarakterlidir:

“İslahatlar istisnasız olaraq bütün sahələri əhatə etməlidir. Hakimiyyətin hər iki qolunda islahatlar uğurla həyata keçirilir və bu gün də keçirilməkdədir.

İslahatlar sisteminin tam olması və qarşıya qoyulan məqsədlərə nail olunması tələb edir ki, islahatlar bütün hakimiyyət qollarını əhatə etsin. Beləliklə, YAP SŞ üzvləri bu qənaətə gəliblər ki, islahatlar qanunvericilik orqanından kənarda qalmamalıdır. YAP SŞ üzvlərinin əksəriyyəti islahatlara dəstəyini bildirirək, qanunvericilik sahəsinə gətirilməsinin məqsədəuyğunluğunu ifadə ediblər. Siyasi Şura üzvləri bu məsələdə yekdillik nümayiş etdirib. Parlamentin islahatlara cəlb olunması islahatlara əlavə təminat kimi qiymətləndirilə bilər. Bu gün YAP Siyasi Şurası qanunverici orqanın yenilənməsinin zəruriliyini ifadə edir. Bu zərurətdən irəli gələrək, YAP Siyasi Şurası parlamentdəki deputat korpusuna parlamentin buraxılmasını cənab Prezidentdən xahiş etməyi tövsiyə edib.

Bu qərarın qəbul edilməsindən sonra YAP-ın Milli Məclisdəki deputat korpusu iclas keçirib. İclas zamanı deputatlar yekdilliklə bu qərarın lehinə çıxış ediblər. Deputatların səfərdə olanlarını çıxmaqla, əksəriyyəti müraciəti imzalayıb. Güman edirəm ki, yaxın vaxtlarda müraciət Milli Məclisə daxil olacaq.

Bu, parlamentin yaxın zamanlarda keçirilməsi planlaşdırılan iclasında (MM-in sabahkı plenar iclası nəzərdə tutulur – red.) müzakirəyə çıxarılacaq. Bununla da Azərbaycanda parlamentin buraxılması və yeni seçkinin keçirilməsi ilk dəfə YAP-ın təşəbbüsü ilə reallaşacaq. Parlamentin buraxılması, növbədənkənar seçki keçirilməsi dünya ölkələrində tez-tez rast gəlinən haldır. Burada qeyri-adi nəsə axtarmağa ehtiyac yoxdur. Söhbət Azərbaycanın bütün həyatını əhatə edən yenilənmə sferasının genişlənməsindən, bunun nəticəsində ölkənin daha sürətli inkişafından gedir. Güman edirəm ki, parlament bu qərarı dəstəkləyəcək”.

Əli Əhmədov daha sonra jurnalistlərin suallarını cavablandırıb. O qeyd edib ki, partiya əlbəttə, yeni parlamentdə gənclərin sayının çox olmasını istəyir.

Partiyanın bu məqsəd üçün qurultayının keçirilib-keçirilməyəcəyinə gəldikdə isə Əli Əhmədov deyib ki, buna ehtiyac yoxdur:

“YAP-ın bu günədək olan praktikasında fövqəladə qərarlar qəbul edilərkən qurultayın keçirilməsinə elə bir zəruri ehtiyac yaranmayıb. Siyasi Şura, İdarə Heyəti var. Bunlar səlahiyyətli strukturlardır”.

Parlamentdə təmsil olunan deputatların öz yerlərini qoruyub saxlaya bilib-bilməyəcəklərinə gəldikdə isə icra katibi deyib:

“Biz də istərdik ki, parlamentdə daha çox deputatla təmsil olunaq. İstənilən seçkinin taleyini layiqli namizədlərin müəyyənləşdirilməsi həll edir. Ancaq son qərarı seçicilər müəyyənləşdirəcək”.

Əli Əhmədov növbəti seçkinin keçirilməsi tarixinin müəyyən edilməsinin ölkə Prezidentinin səlahiyyətində olan məsələ olduğunu vurğulayıb.

Tarix
2019.11.28 / 15:30
Müəllif
Axar.az
Digər xəbərlər

İrandan 100 minlərlə insan Azərbaycana qaça bilər

Bir gündə “Azimut”un ikinci “Superjet”i qəza enişi etdi

Papikyan sərhədimizə gəldi: "cəbhə xətti" eyhamı - Foto

Azərbaycanda yeni bələdiyyələr yaradıldı

Ərdoğan Azərbaycanla bağlı Putinə nə deyib?

XİN Bosniya və Herseqovinanı təbrik etdi

Prezident Surinamın dövlət başçısını təbrik etdi

Prezident bu ölkə rəhbərini təbrik etdi

Bayden də təbrik etdi: bəs, COP29-dan biz nə qazandıq?

Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla