Yuxarı

İcra başçısı pul yeyintisi, Qurbanov və İŞİD-dən danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İcra başçısı pul yeyintisi, Qurbanov və İŞİD-dən danışdı

Dərbənd Bələdiyyə Şurasının sədri postuna təyin olunan Məhəmməd Cəlilov Musavat.com-a geniş müsahibə verib.

Axar.az xəbər verir ki, müsahibədə keçmiş başçı Qurban Qurbanovun yerinə gələn M.Cəlilov maraqlı məqamlar açıqlayıb. Dərbənd rəhbəri bildirib ki, prospektlərdən birinə Heydər Əliyevin adı verilib:

"Azərbaycan dövləti tərəfindən həmin prospektin yenidən qurulmasına pul ayrılıb. Amma adamlar pulu alıblar və işi görməyiblər. Belə adamlara niyə pul verilməlidir? Pul millətdən ötrü canını yandıran adamlara verilməlidir ki, işlər görülsün. Camaat bilir ki, Azərbaycan rəhbərliyi həmin prospektin yenidən tikilməsi və digər işlərin görülməsi üçün Dərbəndə böyük pul göndərib. Həmin pul isə ortada yoxdur".

M.Cəlilov hesab edir ki, həmin pul lazımsız adama verilib: "Əgər pul normal bir adama verilsəydi, yəqin ki, bu gün həmin prospekt artıq yenidən qurulub təhvil verilərdi. Burada Heydər Əliyevin, Səid Camaloviçin adına prospektlər var, Azərbaycan teatrı var, böyük şairimiz Nizaminin adına park var.

Olimpiya stadionu tikilməli idi. Teatrımızın binasının tikintisi yarımçıqdır, Nizami parkı da bərbad gündədir. Stadionun özülü qazılıb və iş dayandırılıb. Bu məsələ ilə Azərbaycan tərəfi məşğul olmalıdır. Qarşıdan Dərbəndin yubileyi gəlir. Bu işlər görülməlidir".

Onun sözlərinə görə, xələfi Q.Qurbanovla münasibətlər normaldır:

"Bir-birimizə qarşı hansısa pis addımımız olmayıb. İşləyib imkanımız daxilində köməklik edəcəyik. Əlbəttə ki, qanun çərçivəsində. Kadr islahatları aparılacaq. Kim ki, öz işini bilmir, işə çıxmır, o adamlarla yolumuz ayrılacaq. İşləyənlərin əmək haqqı inflyasiyaya uyğun qaldırılacaq".

M.Cəlilov Dərbənddən İŞİD-ə qoşulanlar olduğunu söyləyib:

"Hər millətdən var, azərbaycanlılar da həmçinin. Amma belə halların qarşısını almaq üçün profilaktik tədbirlər görülür. 2014-cü ildə Dağıstanda terror aktı qeydə alınmayıb. Saqqallıların əl izləri, fotoşəkilləri çəkilir. Artıq mütəşəkkil cinayətkar qruplaşmalara cavanların qoşulması halları yoxdur. Suriyaya gedənlərin geriyə yolu bağlıdır. Sərhəddə onları tuturlar".

Tarix
2015.02.03 / 15:18
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Zakir Həsənov azad olunmuş ərazilərdə - Foto

Sülh heç vaxt təmin olunmur - Papuaşvili

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Overçuk Zəngilanda səfərdədir: Mühüm iclas keçirildi - Foto

Sahibə Qafarova Matviyenko ilə görüşdü: AZAL təyyarəsi...

Simonyanla Qafarova ayaqüstü görüşdü - Foto

Rusiyalı iş adamlarının Qarabağda quruculuqda iştirakı...

Azərbaycan Rusiya ilə sənədlər imzaladı

Ermənistandan 960 dollara nə almışıq? - İrəvan təkzib etdi

Kremldən AZAL təyyarəsi ilə bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla