Yuxarı

Martın ilk günü hava necə olacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Martın ilk günü hava necə olacaq?

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, martın 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman, şimal-qərb küləyi gündüz güclü olacaq. Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-11° isti, Bakıda gecə 5-7° isti, gündüz 9-11° isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə isə Abşeron yarımadasında gündüz güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 13-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-8° isti olacaq.

Tarix
2020.02.29 / 13:24
Müəllif
Axar.az
Digər xəbərlər

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla