Müğənni Vüqar Muradovun Moskvada döyülməsinin bəzi
detalları açıqlanıb.
Lent.az yazır ki, ifaçının dostu olan bəstəkar Ruslan Əhmədoğlu
hadisəni İmişli rayonu barəsində səslənən bəzi fikirlərlə
əlaqələndirib: "Bir müddət öncə Vüqar həmkarı Fidan Süleymanova ilə
efirdə söhbətində İmişli rayonu barədə bəzi fikirlər
səsləndirmişdi. Onu Moskvada döyən adamlar da Vüqara deyiblər ki,
"sən kimsən ki, İmişliyə sataşmısan?" Onu da deyim ki, Fidan xanım
özü də hazırda Moskvadadır.
Vüqar xaraktercə aqressivdir. Ola bilər ki, fikrini deyib,
kimlərinsə xoşuna gəlməyib, cavabında bu işi ediblər. Onu döyən
şəxslər hadisədən sonra toya görə verdikləri 1000 manat pulun 900
manatını götürərək, ərazidən uzaqlaşıblar. Artıq Vüqarla bütün
əlaqələrini quran adam da tapılıb. Hadisəni törədənlərdən biri də
Şəmkir sakinidir. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir. Bu
işdə əli olan hər kəs cəzalandırılacaq".
Sənətçinin dostu deyib ki, ona toy təklifi Aşıq Samirənin keçmiş
əri, prodüser Rizvan Məmmədovdan gəlib:
"Vüqara Moskvadan təklif gələndə dedik, maraqlan, gör kimdir?
Dedi ki, toyu mənə təklif edən
odur. Məhz toy Rizvan tərəfindən təklif olunduğuna görə düşünmədən
razılıq verdi. İndi biz Aşıq Samirə ilə də əlaqə saxladıq. Dedi ki,
keçmiş əri Gürcüstandadır. Yəni, bizim bildiyimiz qədər, Vüqarı toy
adı ilə Moskvaya dəvət edən şəxs Rizvan olub".
Hadisə ilə bağlı Azərbaycanın Rusiyadakı səfirliyinin attaşesi
Toğrul Mahmudova məlumat verilib.
Qeyd edək ki, V.Muradovu bir neçə gün öncə 1000 manat beh
müqabilində Moskvaya toya dəvət ediblər. Naməlum şəxslər onu
Moskvada hava limanında qarşılayaraq, meşəyə aparıb, orada
soyundurub və vəhşicəsinə döyüblər.