İngiltərədə insanın gələcəkdə pul qazanma şanslarına
təsir edəcək fərdi xüsusiyyətləri tədqiq edilib.
Aparılan araşdırmanın nəticəsi olaraq ekspertlər belə bir
qənaətə gəliblər ki, hər kəsin həm fiziki görünüşü, həm də
xarakterindəki özəllikləri onun maddi durumuna təsir edə bilər.
Yaraşıqlı xarici görünüşə malik olan kişilər nisbətən orta
görünüşlü kişilərlə müqayisədə 9 faiz daha çox pul qazana bilirlər.
Cəlbedici qadınların zəngin olma ehtimalı isə digərləri ilə
müqayisədə 4 faizdən bir qədər artıqdır.
Araşdırmaların nəticələrinə əsasən, varlı olmaq üçün biliyin
əsas olmadığı üzə çıxıb. Belə ki, IQ səviyyəsi orta olanların varlı
olma şansları bundan aşağı səviyyədə olanlarla müqayisədə cəmi 1,2
faiz üstünlük təşkil edir. Liseydə oxuyarkən populyar olanlar da
aşagı səviyyəli şagirdlərlə müqayisədə daha çox pul qazana
bilirlər.
Evlilik ruzini daha çox artırır
İnsanın gəlirlərini artıran ən mühüm amilin isə məhz nikah
olduğu təsdiqlənib. Belə ki, evlənmək və evli qalmaq ailənin
gəlirlərini 77 faiz həcmində artımına gətirib çıxarır. Bundan
əlavə, evlilik hər il ailə büdcəsinə 16 faizlik əlavə ruzi
gətirir.
Araşdırmanın nəticələrinə görə, insanın öz həyatını təmin etmə
şansları ailələrinin durumundan çox asılıdır. Məsələn, ailəsi
yüksək təbəqəyə məxsus olan və universitet təhsili görən uşaqların
54 faizi gələcəkdə iqtisadi baxımdan sıxıntı çəkmirlər. Kasıb bir
ailədə böyüyən və universitet bitirənlərin 84 faizinın maddi rifahı
yüksək olur.
Spirtli içki bütün pisliklərin anası sayılır. Ancaq ingilis
alimlərin araşdırması bu məsələni sual altına alır. Onların
qənaətinə görə, içki içən insanlar həyatında bir dəfə də olsun onu
qəbul etməyənlərlə müqayisədə 14 faiz daha çox varlı olurlar.
Siqaret çəkməyənlər də digərlərinə nisbətən 50 faiz daha varlı
olurlar.