Ana səhifə Toplum |
Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Urgənc Dövlət Universitetinin “Fəxri professoru” adına layiq görülüb.
Axar.az xəbər verir ki, “Fəxri professor” ünvanı ona Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Özbəkistanın Xarəzm vilayətində keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində adıkeçən universitetdə keçirilən tədbirdə təqdim olunub.
Universitetin rektoru Bəhram Abdullayev Özbəkistan Təhsil Nazirliyinin qərarı ilə Qənirə Paşayevanın universitetin “Fəxri professoru” adına layiq görüldüyünü bildirib və bununla bağlı müvafiq sənədi Qənirə Paşayevaya təqdim edib.
Q.Paşayeva bu təltifə görə təşəkkür edib: “Bu, mənimçün çox mühüm təltif, məsuliyyətli etimaddır. Bu fəxri adın şərəfi qədər, məsuliyyəti olduğunun fərqindəyəm. İcazənizlə Urgənc Dövlət Universitetinin “Fəxri professoru” ünvanını iki qardaş ölkə arasında elm, mədəniyyət sahəsində xidmətlər göstərmiş ustadları rəhmətlə yad edərək, yaşayan elm, mədəniyyət və ictimai xadimlərimizə sayğılarımızı ifadə edərək, qəbul edim”.
Tarix
2021.10.30 / 14:27
|
Müəllif
Axar.az
|