Yuxarı

"Azərxalça": Yeyintilər bu dövrdə baş verib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Azərxalça": Yeyintilər bu dövrdə baş verib

Bu gün Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən açıqlanan 2021-ci ildə aparılmış nəzarət tədbirləri 2015-ci ilin 1 yanvar tarixindən 2020-ci ilin 3 iyul tarixinədək olan dövrü əhatə edir.

Axar.az xəbər verir ki, bu barədə "Azərxalça"nın Maliyyə Nazirliyinin adıçəkilən qurumda yeyinti hallarının aşkar edilməsi ilə bağlı yaydığı məlumatla bağlı açıqlamasında deyilir.

"Maliyyə Nazirliyinin hesabatında “Azərxalça” ASC ilə bağlı qeyd edilmiş xoşagəlməz hadisələr keçmiş rəhbərlik dövründə baş verib.

09 yanvar 2021-ci il tarixdə “Azərxalça” ASC İdarə Heyətinin keçmiş sədri Muradov Vidadi Aydın oğluna Azərbaycan Respublikası CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmiş, rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. V.Muradov barəsində irəli sürülmüş maddələrlə təqsirli bilinib", - açıqlamada vurğulanır.

Qeyd edək ki, bu gün Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin hesabatında ötən il "Azərxalça" ASC-də aparılan nəzarət tədbirləri zamanı bir sıra qanun pozuntularının aşkar olunması haqqında məlumat yayılıb.

Məlumatda deyilir ki, Cəmiyyətin satın aldığı iplik xammalın vahidinin qiymətinin digər müəssisələrin təklif etdiyi eyni keyfiyyətli iplik xammalın qiymətindən çox yüksək olması, tikinti işlərində istifadə edilən materialların qiymətlərinin bazar dəyərindən çox göstərilməsi, Cəmiyyətin 20 rayonda xalça toxuma emalatxanasının, yun tədarükü məntəqələrinin və Yunəyirici-Boyaq Fabrikinin tikintisində iş həcmlərinin şişirdildiyi, eləcə də bu yolla podratçı təşkilatlara xeyli məbləğdə artıq vəsaitin ödənildiyi aşkarlanıb.

Tarix
2022.02.10 / 22:42
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla ABŞ TRİPP-in icrası məsələlərini müzakirə etdi

CNN-in Azərbaycanla bağlı uydurma yazısı - Foto

İqlimi dəyişdirən gizli texnologiyalar...

Şimali Kiprin baş naziri Azərbaycanı təbrik etdi

Əli Əsədov Şimali Kiprin baş naziri ilə görüşdü

Zülfüqarovdan ermənilərə: Etməyin, məsləhət görmürəm!

Rusiyada səssiz hakimiyyət dəyişikliyi baş verir - FT

Bunu Əliyev, Paşinyan, Magyar, Sandu bacardı - Saakaşvili

Azərbaycan getdikcə bu modeli izləyir - Hacıyev

Onlar ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla