Yuxarı

"Azersun Holding" növbəti dəfə beynəlxalq mükafat qazanıb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Azersun Holding" növbəti dəfə beynəlxalq mükafat qazanıb

“Azersun Holding” Kaizen fəaliyyətləri ilə dünya səviyyəli istehsal texnikalarının tətbiqi sahəsində inkişafını nümayiş etdirmək, həmçinin əməkdaşlarımızın səmərələşdirici fəaliyyətlərindəki nailiyyətlərini sərgiləmək məqsədiylə 5 layihə ilə Türkiyədə təşkil edilmiş ənənəvi KalDer Kaizen müsabiqəsinə qatılıb.

KalDer-“Türkiye Kalite Derneği”: müasir keyfiyyət fəlsəfəsinin yaradılması, genişləndirilməsi və keyfiyyətli işin təşviqi, həmçinin sənaye və xidmət sektorlarına texniki yardım və koordinasiyanın təmin edilməsi məqsədiylə (Türkiyənin qabaqcıl sənaye təşkilatları tərəfindən) 1991-ci ildə yaradılmış Keyfiyyət Assosiasiyasıdır.

Müsabiqə üçün təqdim edilmiş layihələrin, assosiasiyaya üzv firmaların ekspertləri tərəfindən ilkin dəyərləndirilməsi və qiymətləndirilməsi həyata keçirilir.

Nəzəri dəyərləndirmə və qiymətləndirmə mərhələsindən keçən layihələr, təşkilatın təftiş qrupu tərəfindən sahədə incələnməsi reallaşdırılır.

Təqdim edilən layihələrin hər biri ilkin dəyərləndirmə və qiymətləndirmədən yüksək nəticə əldə etmiş və Avqust ayında assosasiyanın təftiş qrupu tərəfindən istehsalatda tətbiq edilmiş Kaizen fəaliyyətlərinin əyani nəticələri ilə yerində tanış olmaları üçün “Azersun” müəssisələrini ziyarət ediblər.

Təftiş qrupunun fabrik ziyarətləri zamanı, onları maraqlandıran sualları layihələri icra edən əməkdaşlar tərəfindən yüksək səviyyədə cavablandırılıb.

Suallara verilən cavablar eyni zamanda layihələrin finala haqq qazanmaları üçün həlledici olub.

Türkiyənin bir çox böyük sənaye şirkətlərinin yer aldığı layihələr içərisindən “Azersun Holding” finala vəsiqə qazanarq mühüm nailiyyət əldə edib.

Ankara şəhərində (toplam 27 layihənin təqdimatı üçün) təşkil olunan final təbirində “Azersun Holding” əməkdaşları müsabiqə izləyicilərinin qarşısında layəhilərini təqdim ediblər.

Təqdimatların sonunda 2 layihə Kaizen Mükafatına layiq görülüb.

Qeyd edək ki, 30 ildən artıq ölkəmizdə fəaliyyət göstərən “Azersun Holding” tərəfindən istehsal olunan məhsullar dünyanın 40-dan artıq ölkəsinə ixrac olunur.

Tarix
2023.11.01 / 16:02
Müəllif
Axar.az
Digər xəbərlər

Kuleba Bakının bu dəstəyini yüksək qiymətləndirdi - Səfir

ADU və Sunqşil Universiteti Anlaşma Memorandumu imzaladı

Tehran İstanbuldan imtina etdi, Omanı seçdi - Görüş məhv oldu

Müəllimlər hansı hallarda işdən çıxarıla bilər?

Əliyev və Paşinyan bu nüfuzlu mükafata layiqdir - Mirziyayev

Bu, tarixi əhəmiyyətli dönüş nöqtəsidir - Tokayev

İlham Əliyev Qafqazda belə tanınır - Şərif

Ərdoğan İlham Əliyevi təbrik etdi

İlham Əliyev Əbu-Dabidə mühüm tədbirdə... - Video

Ərdoğan və Salman bu foto ilə dünyaya mesaj verdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla