Sabah yağış yağacaq
13:16
| Ana səhifə Toplum |
|
Yavər Həsənovun idarə etdiyi VAZ-21061 markalı avtomobillə Yevlax şəhəri ərazisində Bakı-Qazax avtomobil yolu istiqamətində hərəkətdə olan zaman idarəetməni itirməsi nəticəsində avtomobil yolun sağ kənarında olan səkinin üzərindəki ağaca çırpılıb.
Axar.az xəbər verir ki, nəticədə həmin avtomobildə olan sürücünün övladı - 2019-cu il təvəllüdlü M.H. aldığı bədən xəsarətlərindən Yevlax Mərkəzi Xəstəxanasında ölüb.
Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.
|
Tarix
2024.02.02 / 09:27
|
Müəllif
Axar.az
|