Yuxarı

AzQAC əməkdaşları Qarabağda ermənilərlə görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AzQAC əməkdaşları Qarabağda ermənilərlə görüşdü - Foto

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) əməkdaşları Qarabağ İqtisadi Zonasında yaşayan erməniəsilli sakinləri ziyarət ediblər.

Bu barədə Axar.az-a təşkilatdan məlumat verilib.

Bildirilib ki, görüşün əsas məqsədi onların ehtiyaclarının qiymətləndirilməsi olub. Görüş zamanı AzQAC əməkdaşları sakinlərin yaşayış şəraiti ilə tanış olub, onların ehtiyacları haqqında məlumat toplamaq üçün sorğu keçiriblər. Bu, AzQAC tərəfindən təklif edilə biləcək yardım və dəstək xidmətlərinin müəyyənləşdirilməsi üçün həyata keçirilib.

Həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndidə yerləşən ofisində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları ilə ikitərəfli görüş keçirilib. Görüşdə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndələri Xankəndində göstərdikləri fəaliyyətlər barədə bizim nümayəndə heyətinə ətraflı məlumat veriblər.

Daha sonra, AzQAC-ın İcraçı katibi Ceyhun Mirzəyev bu görüşün hər kəs üçün çox əhəmiyyətli olduğunu bildirib və səfərin əsas məqsədini onlarla bölüşüb.

Tarix
2024.02.03 / 15:28
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Filippin prezidentinə məktub ünvanladı

İlham Əliyev Putini təbrik etdi

Milli Məclisin növbəti iclası başladı

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

Azərbaycan XİN Filippini təbrik etdi

Azərbaycanla daha bir ölkə arasında məsləhətləşmələr keçirildi

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Edi Rama İlham Əliyevi təbrik etdi

Əli Əsədov Özbəkistana səfər edəcək

Slovakiya XİN-in dövlət katibi Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla